Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğanın sədrliyi ilə İƏT-in Daimi Komitəsində iclas oldu –Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub.

Yenixeber.org: İqtisadiyyat Nazirliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

R.T.Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.

Sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə danışan M.Cabbarov bu ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 % təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb. O, qeyd edib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb. Azərbaycan üçün İƏT-in siyasi baxımdan da xüsusi önəmini qeyd edən iqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ilk üzv olduğu beynəlxalq qurum məhz İƏT-dir.

COMCEC-in 36-cı sessiyasında M.Cabbarov 27 sentyabrda Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə də məlumat verib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumlarının Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul etdiyini, bəyanatlar verdiyini və xalqımızın bunu yüksək qiymətləndirdiyini bildirib. Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini vurğulayan nazir bu dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib: “Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik”. O, eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam