Rusiya sülhməramlılarının gizli vəzifələri barədə-ŞƏRH
Yenixeber.org: Erməni qoşunların Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması qrafiki demək olar ki, qəbul olunandan dərhal sonra pozuldu. Kəlbəcər rayonunun azad edilməsi noyabrın 25-nə qədər uzadıldı, Daşnaksütyun Partiyası tərəfindən formalaşdırılan erməni hərbi qrupların Qarabağa gəlişinə dair videosübutlar yayıldı.
Azərbaycanı tərk etməkdən imtina erməni yaraqlıların bəyanatları barədə məlumatlar dərc olundu. Qarabağ Rusiya sülhməramlılarının susqun iştirakı ilə gizli şəkildə erməni terrorçular ilə doldurulur. Paşinyan Yerevanı və Qarabağda Türkiyə sülhməramlı qüvvələrinin gəlişinin qəti əleyhinə olan Rusiya siyasi elitası təhlükəli prosesə siyasi dəstək verir. V. Putin deyib ki, "təmas xəttində türk əsgərlərin olması ilə erməni tərəfini təhrik etmək lazım deyil". Belə təəssürat yaranır ki, Azərbaycanı ölkənin mərkəzində yeni etnik döyüşkən separatizm ocağının mövcudluğu faktı ilə üz-üzə qoyurlar.
Baş verənlər Azərbaycan ictimaiyyətini narahat edir. Vətəndaşlar sosial şəbəkədə fikirlərini bölüşürlər. Gürcüstan hadisələri ilə analoq apararaq Qarabağdakı ermənilərə RF pasportlarının paylanmasının mümkünlüyünü müzakirə edirlər. Belə ki, sonradan Moskva bu torpağı Rusiya ərazisi elan edə bilər.
Ağdamlı yazıçı Vahid Qazı qeyd edir ki, “Qarabağdan Ermənistana gedən yolda tıxacların videoyazısını hamı gördü: əhali gedir. Lakin işğaldan azad edilmiş bölgədən çıxan erməni ordusunu heç kim görməyib”.
Rusiyalı hərbi ekspert Vuqar Abbasov: “Əgər erməni qaçqınlar Dağlıq Qarabağda sülhyaratma zonasına qayıdarsa, Azərbaycan icmasının isə bu hüququndan imtina edilərsə, çox böyük inamsızlıq yaranar. Hələlik azərbaycanlıların qayıtmağa yeri yoxdur — Xocalı, Kərkicahan, Əmiranlı, Kuropatkino, Muğanlı, Umudlu, Meşəli, Cəmilli, Ballıca, Turşsu və azərbaycanlı əhalinin yaşadığı digər yaşayış məntəqələri dağıdılıb, tikinti-bərpa işləri lazımdır. Amma imkan verin, bu işlərə başlayaq və bu işlər başa çatdıqdan sonra qaçqınların bilavasitə qayıtmasına və bu yerlərin dirçəlməsinə başlanılacaq".
"Şərq-Qərb" Analitika Mərkəzinin rəhbəri Ərəstun Oruclu suallarımızı cavablandırıb: Əgər ermənilər silahlı qüvvələrin çıxarılmasını uzatsalar nə olacaq? Rus sülhməramlıların və Azərbaycan Ordusunun hərəkətləri necə ola bilər? Türkiyə müdaxilə edə bilərmi?
“Ermənilərin əraziləri azad etməyi yubatması Rusiyanın bunu şüurlu şəkildə etməsilə bağlıdır. Görünür, Azərbaycana qarşı hansısa tələb var və Rusiya onların yerinə yetirilməsini tələb edir. Bunun arxasında nə ola bilər? Biz Qarabağımızı azad edərkən Rusiya öz qlobal vəzifələrini yerinə yetirməklə məşğuldur. Moskva Qarabağ dalanına dirənib.
Rusiya sülhməramlılarının Azərbaycana yeridilməsinin hüquqi bazası yoxdur. Belə ki, RF bundan ötrü BMT, ATƏT, Aİ və ya ən azı KTMT-nin beynəlxalq mandatını almayıb.
RF qoşunları üçtərəfli bəyanatla daxil olub, bu zaman xarici qoşunların ölkədə qalmasını qadağan edən Azərbaycan Konstitusiyasına tamamilə məhəl qoyulmayıb və Azərbaycan Respublikasının milli təhlükəsizliyi haqqında qanun (konsepsiya) pozulub. Deməli, Rusiya Azərbaycanda öz silahlı qüvvələrinin statusunun leqallaşdırılmasını tələb edə bilər.
İkincisi, birgə bəyanatda əks olunan kommunikasiyalar haqda, 9-cu bənd. Söhbət əslində, Rusiyanı Yaxın Şərqlə, Naxçıvan vasitəsilə, Xudafərin körpüsü ilə İranla bağlayan kommunikasiyalara nəzarətdən gedə bilər. Rusiya qoşunlarını Qarabağa yeridib, lakin kommunikasiyanın reallaşması planını hələ yerinə yetirməyib. Deməli, Rusiya Bakıdan Xudafərin körpüsünə çıxış tələb edəcək, məsələn, bu obyektin icarəsilə. RF-nin Azərbaycandakı vəzifəsi budur. Nə qədər ki Moskva öz istədiyinə nail olmayıb, ərazilərin erməni bandalarından azad olunmasını yubadacaq. Onlar orada Rusiya ilə sövdələşmə şəraitində qalacaq. Erməni silahlı qüvvələrin rus sülhməramlılara tabe olmaması haqda fikirləri də söyləmirəm”, - Ə.Oruclu yekunlaşdırıb”, Oruclu deyib.
Politoloq, Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov Turan ilə söhbətində deyib ki, Azərbaycanın erməni əhalisi olan rayonlarının təmizlənməsinə görə bütün məsuliyyət Rusiya sülhməramlılarının üzərinə qoyulub.
“Regiondan son telesüjetlər göstərir ki, ruslar silah axtarışı ilə regiona daxil olan nəqliyyat vasitələrini yoxlayırlar. Gələcəkdə sülhməramlıların vəzifəsinə missiyanı şəffaf, Azərbaycanın nəzarəti altında həyata keçirmək öhdəliyi qoyulmalıdır”, o bildirib.
F.Məmmədov ermənilərin partizan müharibəsilə bağlı narahatlığımızı şişirdilmiş hesab edir. Lakin Daşnaksutyun və SasnaSrer yaraqlılarının regiona girməsi barədə məlumatları təsdiqləyir. Müharibənin ilk günlərində Qarabağda olan bütün ermənilərə silah paylayırdılar. Doxsanıncı illərin müharibəsi təcrübəsində əmin olmaq olar ki, ilk növbədə ermənilər "öz xəyanətkarlarına" qarşı silah işlədəcəklər. Amma ərazi kiçikdir, partizanlıq üçün yararlı deyil.
“RF sülhməramlılarının daimi və müvəqqəti postlarının yerləşmə xəritələrinin dəyişməsi silahlı erməni müqavimətinin mümkünsüzlüyündən xəbər verir. Görünən odur ki, erməni əhalisi gedəndən sonra ruslar öz nəzarət-buraxılış məntəqələrini regionun mərkəzinə çəkirlər, terrorçuların mümkün hərkətlərinin ərazisini kiçildirlər.
Bizim üçün əsas məsələ azərbaycanlı hərbçilərin və mülki əhalinin təhlükəsizliyidir, Rusiya sülhməramlılarının yerləşdiyi zonada, xüsusilə Laçın dəhlizində onların fəaliyyətinin şəffaflığıdır”,- politoloq bildirib.
Türkiyə sülhməramlılarının fəaliyyətinə toxunan F.Məmmədov türkiyəli hərbçilərin Qarabağdakı missiyası haqqında Memorandumun imzalanmasını gözləməyi məsləhət görüb. Müzakirələr davam edir, detallar məlum deyil. Aydındır ki, Rusiyanın məqsədi ermənilərlə türk hərbçilər arasında təmaslara yol verilməməsidir.
"Putin dedi ki, bu, ermənilərə 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri xatırladar. Lakin o yada salmır ki, yüz mindən çox erməni Türkiyədə firavan həyat sürür və oranı tərk etmək istəmir”, - F.Məmmədov əlavə edib.