Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

KAPİTULYASİYA ERMƏNİSTAN ÜÇÜN YEGANƏ ÇIXIŞ YOLUDUR! –Azərbaycan Qarabağı işğaldan tam azad etməkdə QƏRARLIDIR!

 

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Artıq ermənilər özləri də Ermənistanın uçurumun kənarında olduğunu etiraf etməyə başlayıblar. Xaricdə yaşayan ermənilərin həyəcanla dolu çağırışlarının artması da Ermənistanın kritik nöqtəyə yaxınlaşdığını göstərir.

Yenixeber.org: Ermənistan mediası real situasiyanı nə qədər ört-basdır etməyə çalışsa da, eməni silahlı qüvvələrinin tam darmadağın edilməsinin çox da uzaqda olmadığı məlumdur. Azərbaycan Ordusunun mükəmməl hərbi zərbələri, Azərbaycan xalqının sarsılmaz birliyi və başda Prezident olmaqla ölkə rəhbərliyinin bütün istiqamətlədə həyata keşirdiyi yüksək peşəkar siyasət, diplomatik fəaliyyət Ermənistan odusunu da, hərbi-siyasi rəhbərliyini də çıxılmaz vəziyyətə salıb. Nə qədər dirənməyə çalışsalar da, Ermənistan üçün kapitulyasiyadan başqa çıxış yolu görünmür!

Konkret ifadə etsək, cəmi bir ayda Qarabağdakı erməni biləşmələrinin yarıdan çoxu sıradan çıxıb, yüzlərlə hərbi texnika, artilleriya qurğuları, havadan müdafiə sistemləri, təyyarələr, vertolyotlar məhv edilib. Xarici hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Ermənistanın malik olduğu hərbi arsenalın üçdə ikisi artıq yoxdur.

 

 

Rusiya bu itkiləri kompensasiya etmək üçün ölkəyə dayanmadan yeni silahlar daşıyır. Amma erməni hərbi rəhbərliyi canlı qüvvə itkisinin yerini doldurmaqda çətinlik çəkir. Çünki kütləvi ölümlər cəmiyyətdə böyük qorxu yaradıb, gənclər döyüşə getməkdən boyun qaçırır. Döyüş meydanından fərarilik edən, arxaya silah-sürsat daşıyan dəstələrlə bağlı isə Ermənistan Prokurorluğu hər gün yeni cinayət işləri açır.

Cəmi bir ay ərzində 4 rayonun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi, Laçın dəhlzinin nəzarət altına götürülməsi, əsgələrimizin Şuşanın yaxınlığına çatması, Xankəndinə doğru irəliləməsi düşməndə ciddi təşviş doğurur. Paşinyan daxildəki panikanı azaltmaq üçün Azərbaycan şəhərlərinə hücum əmri versə də bu, cəbhədə fəlakətli durumun qarşısını almaq iqtidarında deyil.

 

 

İndi Ermənistan həqiqətən şox acınacaqlı vəziyyətdədir, ermənilər çıxış yolu axtarırlar. Erməni milyarder Habartsumyan və başqaları çıxış üçün Paşinyanın istefasını, Rusiyanın məsləhət bildiyi şəxsin hakimiyyət başına keçməsini təklif edir. Amma bunun eməniləri cəbhədə ağır məğlubiyyətdən qurtaracağına, hər gün yüzlələ leş verməkdən xilas edəcəyinə yalnız axmaqlar inanar.

Ola bilsin ki, ermənilərin içində hələ də düşünən var ki, Rusiya Azərbaycanın qarşısını alacaq, Qarabağa erməniləri qorumaq üçün qoşun göndəəcək. Ancaq bu mümkün deyil. Çünki Türkiyə çox açıq mövqe ortaya qoyub: Rusiya müdaxilə etsə, dərhal Türkiyə döyüşə atılacaq. Kifayət qədər problemi olan Rusiya isə Cənubi Qafqazda ermənilər üçün irimiqyaslı müharibəyə, onun ağır sonuclarına qatlanmağa hazır deyil!

Ən əsası isə Azərbaycan xalqı da, Prezidenti də, Ordusu da Qarabağı tam işğaldan azad etməkdə QƏRARLIDIR! Qat-qat güclü Azərbaycanın Ordusu cəmi bir ayda ölkənin malik olduğu hərbi qüvvənin yarıdan çoxu sıradan çıxıbsa, bundan sonra kim gəlir-gəlsin heç nə edə bilməz!

 

 

Hər itirilən gün Emənistanın vəziyyətini daha da ağırlaşdırır. Bir müddət də belə davam edərsə, regionun dağlıq bölgəsində küncə sıxılmış, Türkiyə və Azərbaycanın blokadasında əzilmiş məğlub erməni cəmiyyətinin yenidən dirçəlməsi, tənəzzüldən çıxması qeyri-mümkün olacaq.

Ölkədə olan-qalan əhali, xüsusən gənclər bu perspektivsiz ölkədən miqrasiya edəcək, kəndlər, ardınca şəhərlər seyrəlib xaraba qalacaq. Ermənistana xaricdən əvvəlki maraq da qalmayacaq, investisiyalar, inteqrasiya planları tədricən əhəmiyyətini itirəcək. Bir sözlə, faşist ideologiyası Ermənistan dövlətini qısa müddətdə məhvə sürükləyir.

                      Bəs Ermənistanın bu vəziyyətdən çıxış yolu varmı?

Əlbəttə var, yeganə yol Ermənistanın kapitulyasiyaya razılaşmasıdır! Ermənistan dərhal Azərbaycana müraciət edib, müharibəni dayandırmağı xahiş etməlidir. İşğalçı ordusunu qısa müddətdə ölkəmizin ərazilərindən çıxarmalı, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etdiyini açıqlamalı, 30 ildə vurduğu ziyana görə kompensasiya ödəməyi öhdəsinə götürməlidir!

Yalnız bu halda ölkəsini müharibənin artan fəlakətlərindən xilas edib, daxili problemlərin həlli ilə məşğul ola bilər.

Zatən Azərbaycan Prezidenti də xalqa müaciətində Ermənistanı xilası üçün bunun yeganə yol olduğunu bəyan edib.

Sitat: “Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik...

...Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük!”

Bəli, biz haqlıyıq, biz güclüyük və QƏRARLIYIQ!(azpolitika)

Elçin Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam