Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransalı müxbir -təxribatçı sualları ilə məqsədinə çatmadı

Fransalı müxbir təxribatçı sualları ilə məqsədinə çatmadı

"Sentyabrın 27-dən bugünə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidentini, Ali Baş Komandan İlham Əliyevin ən müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir".

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi –siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalaradan, tələlərdən təmizləyir: "Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını təyin edir. Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir. Sonuncu belə nümunə Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı hətta bəzən də hədələyici suallarına Prezident İlham Əliyev elə səbr, təmkin və və iti siyasi-diplomatik zəka ilə cavab verirdi ki, mən hər dəqiqəsi qol vəziyyəti olan maraqlı bir futbol matçını izləyirmiş kimi nəfəsimi tutaraq izləyirdim və qürur duyurdum. Çünki bütün hallarda yaranmış mürəkkəb vəziyyət Prezident İlham Əliyevin mükəmməl kombinasiyalarından sonra bizim lehimizə qolla nəticələnirdi.

Birinci sual "ev tapşırığı" idi. İnformasiya strategiyası baxımından ona hesablanmışdı ki, yenə futbol termini ilə desək ilk dəqiqə qolu effekti yaratsın. Müxbir belə bir sual verib: "Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?" Prezident tərəfindən verilən cavab sarsıdıcıdır, həm sual və onun məntiqini alt-üst edir, həm də gözəl əks-hücum vəziyyəti yaradır. Buna diplomatiyanı şahmatla müqayisə edənlər maneənin üzərindən adlamağa imkan verən atla hücum taktikası deyirlər.

“Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi...Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”. Bu cavabda ən azı üç məsələ var. Birincisi, “Dağlıq Qarabağ” "iqnor" edilir və Ermənistan Azərbaycana qarşı hücuma keçdi deyilir. İkincisi, hücumun nəticəsində mülki şəxslərin qurbana çevirilməsi qeyd edilməklə diqqət erməni terroruna çəkilir, üçüncüsu, deyilir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edir və edəcək. Nə qədər sərrast, dolğun və məzmunlu cavabdır. Görünür, fransalı müxbir o qədər qərəzli, ya da lap deyək ki , məlumatsızdır ki, başa düşmür ki, bir ölkə öz legitim ərazisinə qarşı, öz torpağına qarşı necə hücuma keçə bilər və burada hansı siyasi məqsəddən söhbət gedə bilər. Bu sualı verən zehniyyət, “biz Qarabağın ikinci dəfə fəth olunmasına icazə verməyəcəyik” zehniyyətidir. Ona görə də müxbirin bu sualı nə məlumatsızlıqdan, nə qərəzlilikdən irəli gəlirdi”.

H.Məmmədov bildirib ki, fransalı müxbirin sualları əvvəlcədən siyasi mətbəxdə hazırlanmış xüsusi missiyalı təxribatçı sual idi: "Ancaq o, məqsədinə çatmadı. Başqa bir sualda da yuxarıda qeyd etdiyim hədələyici ton var idi. Sual belə idi: “Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?”. Bu sualın sətiraltı məzmunu ondan ibarətdir ki, Fransa hazırda Aralıq dənizində maksimum ziddiyətlər yaratmaqla mümkün müharibə perspektivlərini nəzərdən keçirməyə çalışır və ciddi müttəfiqlər axtarışındadır. Kipr adası ətrafında bu senari baş tutarsa, Türkiyə müharibəyə cəlb edilə və Azərbaycan yaddan çıxa bilər. Ya da Türkiyənin siyasi dəstəyi indiki qədər olmaz.

Başqa bir ssenaridə isə ola bilsin ki, Aralıq dənizində vəziyyəti gərginləşdirib Türkiyəyə "yalnız Qafqazdan çəkiləcəyi təqdirdə Ağ dənizdə vəziyyəti normallaşdıra bilərik" şərti qoyula bilər. Beləliklə, Türkiyə Sizə olan dəstəyini çəkər. Onda Siz nə edərsiniz? Yaxşısı budur, bütün bunları bəri başdan nəzərə alaraq geri çəkilin. Şübhə etmirəm ki, bu sual sadəcə bir müxbirin hazırladığı sual deyildi. Toxunmadığım digər bütün başqa suallar kimi bu sual da Fransa siyasi-diplomatik strateqlərinin hazırladığı sual idi. Ancaq Prezident İlham Əliyevin mükəmməl siyasi-diplomatik zəkası qarşısında bircə anın içərisində fiaskoya uğradı. Prezident bu suala verdiyi cavabda həm Türkiyə- Azərbaycan qardaşlığının dünəni, bu günü və gələcəyi, həm şanlı Azərbaycan Ordusunun gücü, həm də gələcək diplomatik danışıqlarda və regionun postmüharibə dövründə Türkiyənin rolunun qiymətləndirilməsi və onun vacibliyindən bəhs etdi. Azərbaycan Prezidenti İlham Əliyevə verilən bütün suallar həm də postmüharibə dövründə Azərbaycanın mövqeyinin və bu dövrdə ermənilərin vəziyyətinin necə olacağı haqqında təsəvvürlərin öyrənilməsi xarakteri daşıyırdı. Bu isə o deməkdir ki, artıq bütün dünya Azərbaycanın öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyini anlayır, onun gücünü qəbul edir və artıq gələcək yeni mərhələdə yeni şərtlərdəki münasibətlər haqqında düşünür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam