Redaktor seçimi
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Günün xəbəri

“Ermənistan bu addımı atsa, daha sərt cəzalandırılacaq” -Politoloq

“Ermənistan bu addımı atsa, daha sərt cəzalandırılacaq” -  Politoloq
Dünən Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Ölkə başçısı Dağlıq Qarabağ müharibəsi haqqında geniş danışaraq hazırda işğalçıların fiaskoya uğraması və digər məqamlardan söz açıb. Diqqət çəkən mövzulardan biri Ermənistan rəsmilərindən gələn terror hədələri ilə bağlı olub.
Yenixeber.org: Prezident müsahibəsində deyib: “Ermənistanın rəsmi nümayəndələri dəfələrlə bildiriblər ki, onlar Azərbaycanın ixrac kəmərlərinə, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Bu onların terrorçu xislətinin bir hissəsidir. Ermənistan bunu edəcəyi təqdirdə, Azərbaycan və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaq”.

Maraqlıdır, Ermənistan ordusu ölkəmizin kritik infrastrukturunu hədəfə alarsa, sözügedən layihələrdə iştirakçı ölkələr necə davranacaqlar? Onların hansı cəza mexanizmləri ola bilər?

Məsələni şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ixrac kəmərlərinə, milyardlarla dollar investisiya yatırıldığından onun vurulması elə də asan məsələ deyil: “Bu kimi beynəlxalq layihələrə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları investisiya yatırıblar. Hazırda Azərbaycan Qərb dövlətləri üçün bu mövzuda çox mühüm strateji müttəfiq səviyyəsində olan dövlətə çevrilib. Bizim ərazimizdən Qərbə doğru neft və neft məhsulları və digər mühüm məhsullar nəql edilir. Bütün dünya bilir ki, dənizdə yaratdığımız bu infrastrukturun kökündə hansı ideya durur. Hazırda bu layihələrin arxasında Qərb şirkətlərinin konsorsiumu, onların maraqları dayanır. Dövlət Neft Şirkəti, Britiş Petrolium, Türkiyənin Botaş və digər şirkətlər regionda, ölkəmizdə fəaliyət göstərmirlər. Bu, bizim aparıcı ölkələrin şirkətləri ilə birgə əməyimizdən hasil olunan uğurlu nəticədir ki, artıq dənizdə belə böyük infrastruktur yarada bilmişik”.

Politoloq quruda-yerüstü mühüm infrastruktur layihələrimizi də xatırladaraq deyib ki, bütün bunları inşa edəndə bir sıra ölkələrin enerji təhlükəsizliyi təmin olundu. İndi erməni hədəsi həmin ölkələrin enerji təhlükəsizliyini sual altına qoya bilər: “Gürcüstan və Türkiyə ərazilərindən keçən həmin enerji layihələri Aralıq dənizinə çatır. Cənub Qaz Dəhlizi İtaliyaya qədər çəkiləcək, TANAP və TAP kimi mühüm layihələrdən başqa mühüm nəqliyyat layihələrinin də işlənməsində və reallaşmasında tək Azərbaycanın yox, həm də bütün tərəfdaş şirkətlərin böyük rolu olub. ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə və digər dövlətləri təmsil edən şirkətlər bu kimi layihələrə birgə kapital qoyublar. Yəni konsorsium həmin şirkətlərin birləşməsidir ki, bu birlik də birgə səylərlə sözügedən layihələri reallaşdıra bilib. Bunları izah etməkdə məqsədim odur ki, haqqında söz açdığımız layihələrdə təmsil olunan şirkətlər də bizimlə bərabər hədəyə məruz qalırlar. Düzdür, Azərbaycan dövləti onlara zəmanət verib ki, bizim ərazilərimiz bu cür uğurlu fəaliyyətlər, beynəlxalq əməkdaşlıq üçün sadiq və təhlükəsizdir. Sözümüzün də üstündə dayanaraq layihələri rellaşdırdıq. İndi həmin şirkətlər uğurla işləyərək layihələrdən mənfəət götürürlər. Əgər işğalçı aşkar hədə ilə zərər vurmaqdan söz açırsa, demək təhlükə hamı üçün var.

Əgər Ermənistan növbəti bir axmaq qərarı verərək işlək infrastruktura zərbə endirsə, bütün bu iştirakçı ölkələr, həm də Azərbaycanın neft-qaz, enerji daşıyıcılarından istifadə edən istehlakçılar bundan ciddi əziyyət çəkəcək. Ona görə də ən azı bizi hədələyənlər bu ciddi siyasi səhvin yarada biləcəyi mənfi nəticələri düşünməlidirlər”.

Tofiq Abbasov vurğulayıb ki, hələlik ermənilər qorxudan belə yola getməzlər. Sadəcə olaraq Ermənistan rəhbərliyi çalışır ki, Azərbacanda maraqları cəmləşən ölkələri hərəkətə gətirsin. Yəni müharibənin dayandırılması üçün bu cür hədələri ortaya qoymaqla həmin ölkələr vasitəsilə Azərbayacana təzyiq göstərməyə cəhd edirlər:

“Amma bu hiylə baş tutuan plan deyil. Azərbaycan bu gün heç bir dövlətin, o cümlədən də Ermənistan ərazisinə göz dikməyib, onun ordusu hazırda özünün qanuni və tarixi torpaqlarını azad edir. Bu isə bizim ədalətli əks-hücum əməliyyatlarımızdır. Ona görə də hazırkı hədələrin heç bir əhəmiyəti və ciddi təhlükəsi yoxdur. Əgər bu xain hücum reallaşsa, Ermənistana sərt cəza kimi sanksiyalar tətbiq oluna bilər. Birincisi, Ermənistan bu hərbi hücumu ilə yalnız Azərbaycanın maraqlarına, iqtisadiyyatına zərbə endirmiş olmayacaq. O ölkələr ki, bu layihələrdə təmsil olunurlar, yararlanırlar, dağıdılan infrastrukturdan onların da maraqları zərbə altında olacaq. Əgər ixrac kəmərlərinə, Səngəçala hücum olsa, bir çox ölkə buna susqun yanaşmayacaq. Düşünürəm ki, indi neytral mövqe göstərən bəzi dövlətlərin deməyə sözü də olacaq, sanksiya tətbiq etməyə xeyli imkanları da... Təbii ki, söhbət bu layihələrdə maraqlı olan və qüdrətli dövlətlərdən gedir. Hazırda yuxarıda da adlarını sadaladığım ölkələrin maraqları Azərbaycanda bir nöqtədə kəsişir. Ona toxunmaq intihara bərabərdir”
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}