Redaktor seçimi
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Günün xəbəri

İngilis qəzetindən gözlənilməz ifadə: -“Dağlıq Qarabağın oyuncaq rejimi..."

 

Böyük Britaniyanın ”The Independent” qəzeti Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı ziddiyyətli şəxs kimi təqdim edib.

Yenixeber.org: Qəzet Sarkisyanın Dağlıq Qarabağla bağlı fikirlərini allb.

Təbii ki, terrorist Ermənistan dövlətinin qatil başçılarından olmuş birisi dəyişəsi deyil. Serj Sərkisyan verdiyi açıqlamalarda mövcud duruma obyektiv mövqedən yanaşa bilməyib və hər şeyə görə Azərbaycanı suçlayıb.

Keçmiş bədnam prezident bütün ermənilər kimi, Türkiyəni Azərbaycana hərbi dəstək verməkdə suçlayıb, Azərbaycanı isə Dağlıq Qarabağda muzdlu döyüşçulərdən istifadə etməkdə ittiham edib.

Əslində, Serj Sarkisyanın iddiaları xeyli köhnəlib. Məsələ budur ki, onun müsahibəsi yayımlanan zaman cəbhədəki real vəziyyət tamam başqa idi. Bir sözlə, müsahibə mövcud reallığı ciddi şəkildə təhrif edir...

Sərkisyan Nikol Paşinyandan da danışıb və onu yanlış qərarlarda suçlayıb:

"Məni əvəz edən şəxs (Nikol Paşinyan nəzərdə tutulur) bizim uğurla getdiyimiz yolu tutmadı və onun təbiri ilə desəm, danışıqlara öz nöqteyi-nəzərindən başlamağa qərar verdi"...

S. Sarkisyan qəzetə müsahibəsində daha sonra bildirib:

"Mən qətiyyətlə deyə bilərəm ki, Əliyevlə birbaşa danışıqlara getmək çox böyük səhvdir, ən azı ona görə ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt razı olmayacaq"...

O da maraqlıdır ki, İlham Əliyevlə danışıqlara getməyi böyük səhv hesab edən Serj Sarkisyan deyir ki, bu münaqişənin hərbi yolla çözümü yoxdur, anlaşma ancaq sülh danışıqları yolu ilə əldə oluna bilər.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev isə Britaniya nəşrinə bildirib ki, Serj Sarkisyan Azərbaycanda müharibə zamanı kütləvi qətllərin təşkilatçısı hesab olunur.

O, Xocalı soyqırımı zamanı ən azı 161 nəfər mülki şəxsin qətlində birbaşa iştirak edib: “İndi isə o, özünü mələk və sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Azərbaycan üçün o, müharibədə kütləvi qətllər törədən cinayətkardır və azərbaycanlı uşaqların qatilidir”.

Qəzet bildirir ki, son saatlarda yayılan videolarda görünür ki, Rusiyadan gələn silahlar İran üzərindən Ermənistana çatdırılır. Serj Sarkisyana Ermənistanda da xüsusi nifrətin olduğunu bildirən H. Hacıyev qeyd edib ki, o, öz ölkəsində 1 milyon dolları mənimsəməkdə ittiham olunur. Hikmət Hacıyev bildirib ki, Azərbaycan üçün Sarkisyan etibarsız birisidir, beləsinə inanmaq da mümkün deyil.

”The Independent” qəzeti xüsusi ilə vurğulayır ki, Dağlıq Qarabağda 1990-cı illərdən indiyə kimi oyuncaq bir rejim mövcuddur və bu rejim rəsmi İrəvanın çaldığı ilə durub-oturur.

Əvvəllər Qərb mətbuatında ermənilər haqqında belə şeylər, demək olar ki, yazılmırdı...

(musavat)

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}