Paşinyanın son çırpınışı: -Gəncə terroru və qisas əməliyyatı - ŞƏRH
Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnir. Acı məğlubiyyətlə barışa bilməyən rəsmi İrəvan terrora əl atır, döyüş bölgəsindən xeyli uzaqda olan yaşayış məntəqələrimizi raket və artilleriya atəşinə məruz qoyur. Bu gecə Gəncəyə növbəti raket hücumu ilə Paşinyan "qırmızı xətti" keçərək terroçu mahiyyətini bir daha nümayiş etdirdi.
Yenixeber.org: Məlumdur ki, Ermənistan rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməsində məqsəd vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaqdır. Amma Ermənistanın xain hücumu onları məqsədlərinə çatmadı. Paşinyanın öz çirkin niyyətlərinə nail olmaq cəhdləri yenə tam iflasa uğradı. İrəvanda oturanlar düşünürdülər ki, cəbhədəki ağır məğlubiyyətin qisasını qadın, uşaq, qoca və ümumilikdə mülki şəxslərdən çıxmaqla, cəmiyyətimizdə ruh düşkünlüyü yaradacaqlar. Ancaq Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin ardıcıl raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
Nəinki gəncəlilər, bütün azərbaycanlılar bu terrora qarşı daha sıx birləşməyə başlayıblar. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Ermənistan tərəfindən hərbi cinayətə və terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Bu isə o deməkdir ki, düşmən bundan sonra da niyyətinə çata bilməyəcək! Həmrəylik, öz torpaqlarının azadlığı uğrunda ayağa qalxaraq mübarizə aparmaq xalqımızın əsas amalına çevrilib.
İnsanlarımız yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərir. Qürurvericidir ki, vətəndaşlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir. Ermənistandan fərqli olaraq bizim davamız haqq işidir, biz öz tarixi və əzəli torpaqlarımız üçün savaşırıq. Bizi birləşdirən amillərdən biri də məhz budur.
Sarsılmaz iradə və əzmin, mübarizənin qarşısında aciz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini dayanmadan kobud şəkildə pozur. Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində bütün cəbhə boyu sürətlə geriyə çəkilməyə məcbur olan Paşinyan və komandası çıxış yolunu dinc əhalidən qisas almaqda görür. İşğalçı ölkə rəhbərinin yenidən Gəncəni hədəfə alması bizi haqq yolundan döndərə bilməz. Böyük vətən mübarizəmizi sonacan aparacağıq. Artıq böyük qələbə yolunda inamla irəli addımlayırıq.
Əlbəttə, düşmənin mülli vətəndaşlarımıza hücumu cavabsız qalmır. Ermənistan Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə döyüş meydanında öz cəzasını alır. Həm də artıqlaması ilə. Bütün dəyərləri ayaq altına atan erməni hərbçiləri Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkinir, silah-sursatlarını döyüş meydanında qoyub qaçmaqla canlarını xilas etməyə çalışırlar.
Müzəffər Azərbaycan Ordusu Gəncəyə hücumdan dərhal sonra düşmənə dağıdıcı zərbələr vurmaqla günahsız vətəndaşlarımızın qisasını alıb. Oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalmasını Gəncə hadisəsinin qisası kimi qiymətləndirə bilərik. Ardınca Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qadın heç vaxt yerdə qalmayıb və bundan sonra da qalmayacaq...
Hazırda Ermənistan ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər.
Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsun Ovanisyanın dünən xalqa etdiyi müraciəti düşmənin aldığı zərbələrdən özünə gələ bilmədiyini göstərir. Ahılları, qadınları, tələbə qızları Azərbaycan igidləri qarşısına çıxarmaqla düşmən öz milli-mənəvi dəyərləri ayaq altına almış oldu.
Bu gün öz əcdadlarının terror ənənəsini davam etdirən Paşinyan hakimiyyəti cinayətkar əməllləri ilə nəinki Azərbaycan, ümumilikdə region üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq. Bu dəfə daha sərt şəkildə...