Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

TÜRKİYƏDƏN QARABAĞ BƏYANATI - "Minsk qrupu münaqişəni həll edə bilməyəcəyini bəyan etməlidir”

 

 Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.

Yenixeber.org: Bu barədə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir: “Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”.

Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır: “Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.

Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxain salır: “Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam