Rusiya nəşrindən şok iddia: “Lavrov yaxın günlərdə istefaya gedir...”-FOTO
XİN rəhbərinə və nazirliyin sözçüsü Mariya Zaxarovaya hansı iş təklif edilib?
Yenixeber.org: “Son vaxtlar müxtəlif mənbələr Rusiyanın mərkəzi hakimiyyətində ciddi dəyişikliklər olacağı ilə bağlı xəbərlər yayır. Bu iddialar sırasında isə əsas diqqətçəkən Rusiya xarici işlər naziri Sergey Lavrovun işindən ayrılacağı ilə bağlıdır”. Bunu Rusiyanın nüfuzlu “Sobesednik” nəşri yazır.
Nəşrin iddiasına görə, Lavrovla bərabər XİN sözçüsü Mariya Zaxarovanın da əsas diplomatik idarədən istefaya göndəriləcək. Amma həm Lavrov, həm Zaxarova işdən ayrılsalar da, böyük siyasəti tərk etmirlər.
“Sobesednik” məşhur “Nezıqar” Teleqram-kanalına istinad edirək yazır ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə-konkret olaraq sentyabrın 23-də Kremlin Böyük akt Salonunda Federasiya Şurasının üzvləri ilə görüş keçirməyi planlaşdırır. Mənbə bildirir ki, bu görüş təsadüfi deyil, çünki Kreml bu ilin sonuna qədər Rusiya parlamentinin yuxarı palatasının-Federasiya Şurasının tərkibini əsaslı şəkildə dəyişdirmək niyyətindədir.
Sergey Lavrova isə Federsiya Şurasında ömürlük senator vəzifəsi təklif edilir. Lavrovun Xarici İşlər Nazirliyindəki varisləri sırasında isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinın adı ilk sırada çəkilir. Ancaq ekspertlər deyir ki, Avropa Birliyi və ABŞ Narışkinin adını “qara siyahıya” saldığı üçün bu təyinat indilikdə problemli görünür. Məlumat üçün deyək ki, Sergey Narışkin altıncı çağırış Dövlət Dumasına spikerlik edib. O vaxta kimi isə Prezident Administrasiyasının rəhbəri(2008-2011) və baş nazirin müavini (2004-2008) vəzifələrində çalışıb. Narışkin 2016-cı ilin oktyabrdan Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir.
Daha bir populyar teleqram-kanal da Lavrovun vəzifəsindən gedəcəyi barədə xəbərləri təsdiq edir, XİN sözçüsü Mariya Zaxarovaya isə Dövlət Dumasında iş veriləcəyini yazır. Maraqlıdır ki, Lavrov və Zaxarovanın Xarici İşlər Nazirliyindən istefaya göndərilməsi yüksək vəzifələrini itirməsi kimi deyil, ölkə parlamenti çərçivəsində işlərin yenidən qurulmasında yeni görəv verilməsi kimi qiymətləndirilir. Ekspertlər deyir ki, Kreml hər iki parlament palatasının və Dövlət Şurasının əlaqələndirməsinin gücləndirilməsini istəyir. Üstəlik, Dövlət Duması və Federasiya Şurasının Nazirlər Kabineti üzərində nəzarəti gücləndiriləcək, hökumət üzvlərinin təsdiqində aparıcı rol alacaq. Yaradılan Dövlət Şurası isə bütün dövlət idarəetmə sisteminin moderatoru funksiyasını öz üzərinə götürəcək, eyni zamanda bütün hakimiyyət qolları üzərində nəzarət edəcək.
Sergey Lavrov 1950-ci il martın 21-də anadan olub. Bir çox informasiya saytları onun Moskvada anadan olduğunu iddia etsə də, əslində o, Tiflis şəhərində andan olub. Bununla bağlı gürcü mətbuatının apardığı obyektiv araşdırmalar da həmin faktı ortaya qoyub. Belə ki, Sergey Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda isə 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.
Mariya Zaxarovaya gəlincə, Serbiya prezidenti ilə bağlı qalmaqallı statusundan sonra onun XİN-dən uzaqqlaşdırılacağı gözlənilirdi. Bildirilirdi ki,uzun illərdir Çinə səfir getməyi arzu edən Zaxarovanın məlum qalmaqaldan sonra bu arzusunun üstünə xətt çəkilib.(musavat)