Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Tofiq Yaqublu ilə bağlı oyun quranların planları məhv oldu” -Adil Qeybulla

“Tofiq Yaqublu ilə bağlı oyun quranların planları məhv oldu” -    Adil Qeybulla
“Dünən Tofiq Yaqublu ilə bağlı verilən qərarı bir çoxları kimi mən də normal qarşıladım. Hesab edirəm ki, hadisələr, problemlər hüquqi müstəvidə həll olunmalıdır”.
Yenixeber.org: Bunu açıqlamasında Tofiq Yaqublunun həkimi Adil Qeybulla deyib. O, bu məsələdə hər şeyin qanun və hüquq çərçivəsində, normal qərarlarla öz axarında düşdüyünə məmnun olduğunu bildirib.

“Bundan sonrakı məsələlərdə də Tofiq bəyin digər problemlərinin hüquqi müstəvidə həllini tapacağına əminəm. Onun ev şəraitində sağlamlığının bərpası bizim nəzarətimizlə, mərhələli şəkildə davam etdiriləcək. Hesab edirəm ki, Tofiq Yaqublunun sağlamlığını kifayət qədər nəzarətdə saxlaya bildik və səhhətinə xüsusi bir zərbə olmadan evinə getməsinə nail olduq”.
Adil Qeybulla, həmçinin Tofiq Yaqublunun aclıq aksiyasından istifadə etməyə, bundan dividentlər qazanmağa çalışan qüvvələrin onu hədəfə almasına münasibət bildirib: “Bu müddət ərzində bir qrup adam tapıldı ki, mənim haqqımda, aclıq aksiyası ilə bağlı gedən proseslər ətrafında arzuolunmaz ifadələr səsləndirdilər. Mətbuat olaraq siz də gözəl bilirsiniz ki, həmin şəxslər Amerikada oturub, Azərbaycan haqqında Konqresə donoslar ötürənlərdir. Onlar müxtəlif müəmmalı yollarla gedib okeanın o tayında özünə yer edən şəxslərdir. Boş-boş danışanlar əsasən Sevinc Osmanqızı və onun ətrafında olan Aleksey və digər bir-iki adam idi ki, onların da ortaya qoyduğu mövqelərlə qətiyyən razılaşmıram. Bunlar həmin şəxslər idilər ki, Tofiq Yaqublunun taleyi üzərindən qurulan xüsusi bir oyunun iştirakçıları olduqlarını aşkar şəkildə göstərdilər. Təbii ki, biz bu oyunlarda bəzilərinin öz məqsədlərinə nail olmasına imkan vermədik deyə, məlum qrup mənə qarşı qəzəbli olduğunu göstərdi. Bu işdə həmin xaricdə oturan şəxslərin planları məhv oldu, əllərində saxlamaq istədikləri böyük imkanlar heçə endi. Bir daha deyirəm, bir qrup şəxs insan taleyi üzərindən xüsusi oyunlar qurmuşdu. Həmin adamlar yenə də öz “artistliklərini" davam etdirirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam