Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TÜRKİYƏ MEDİASI DA ƏLİ HƏSƏNOVU “VURDU” -"FETÖ-yə bağlıdır..." + FOTO

 Türkiyənin iqtidara yaxın hesab olunan qəzetində prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çü olması barəsində material dərc olunub.

Yenixeber.org: Köşə yazarı Cem Küçükün "Türkiye" qəzetində dərc etdirdiyi yazıda iddia olunur ki, Əli Həsənov FETÖ terror təşkilatının Azərbaycandakı əsas adamı olub. 

Sitat: "Ötən il Azərbaycan Prezidenti İlham Əliyev ciddi kadr dəyişiklikləri həyata keçirdi. Prezidentin köməkçisi Əli Həsənov tutduğu vəzifədən azad edildi. Görünür, Prezident Əliyev həyata keçirilən islahatlara müqavimət göstərən komandanı yeniləməyə ehtiyac duyurdu. Bu dalğada Azərbaycanda media, siyasi münasibətlər, QHT və iş dünyasını koordinasiya edən Əli Həsənov da vəzifəsindən kənarlaşdırıldı".

Cem Küçük daha sonra yazır: "İlham Əliyevin həyata keçirdiyi bu islahatlar Türkiyə üçün də olduqca böyük əhəmiyyətə malikdir. Türkiyənin Şərqə çıxışı, TANAP layihəsi və Türkiyədəki Azərbaycan sərmayəsi iki ölkə üçün strateji əhəmiyyətlidir. Bununla belə, Azərbaycan hökuməti adından Türkiyədəki münasibətləri müəyyənləşdirən və tənzimləyən Əli Həsənov Azərbaycanda FETÖ ilə yaxın bağları olan və xarici güclərə söykənən bir fiqur idi.

Əli Həsənov uzun müddət Azərbaycanda FETÖ-nün ən önəmli ortaqlarından birinə çevrilmiş, bu əməkdaşıq 15 İyul çevrilişə cəhd hadisəsindən sonra da davam etmişdi. Bunun təsdiqi kimi FETÖ-nün Azərbaycandakı televiziya kanalı olan "Xəzər” TV ilə Həsənovun bağlılığını göstərmək olar. İlk vaxtlar "Samanyolu TV"-nin Bakı bürosu kimi fəaliyyətə başlamış "Xəzər" TV "Bank Asya"-nın ayırdığı kreditlə yerli yayım kanalına çevrilmiş və Həsənovla ortaq olmuşdu.

Türkiyədə ilk çevriliş cəhdi olandan sonra, 17-25 dekabr tarixlərində Bakıya səfər edən FETÖ təmsilçisi Faruk Taban orada Əli Həsənovla görüşdü. Bu görüşün nəticəsi olaraq FETÖ kadrlarının sözügedən kanalda yerləşdirilməsi təmin edildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam