Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Antikorrupsiya idarəsi saxta diplom ovunda...

 

    "xeberinfo.com": Son günlər Korrupsiya qarşı mübarizə İdarəsinin əməkdaşları ilə Maliyyə Nazirliyinin mütəxəsissləri birgə AMİ-nin Gəncə filalında, eləcə də Gəncəbasar məktəblərində ciddi yoxlamaların aparılması təhsil sistemində illər uzunu kök salmış xəstəliyin birdəfəlik məhv ediləcəyinə ümid yaradır. Kəlbəcər rayon Təhsil Şöbəsinin (TŞ) sabiq müdiri  Məhəmməd Bağırov 2009-2011-ci illərdə Kəlbəcər rayonun 114 tam orta məktəb və 13 filalı üzrə 987 nəfər müəlimi Təhsil Nazirliyinin nomenkulaturasından kənar işə qəbul edib. Bu fakt Kəlbəcər TŞ-nin pedoqoji şurasının 24.06.2013-cü il tarixli qərarında da öz əksini tapıb.Bu illər ərzində işə qəbul edilən müəlimlərin 300 nəfərinin müxtəlif xarici ölkələrin, eləcə də yerli təhsil müəssisələrinin saxta diplomları ilə işə götürüldüyü də üzə çıxıb.Kəlbəcər rayon İcra hakimiyyətinin təşkil etdiyi komissiya yoxlaması zamanı məlum olub ki, sabiq TŞ-nin müdiri Məhəmməd Bağırov 2011-2012-ci illərdə 2013-cü ilin tədris büdcəsinin 510 min manatını da  mənimsəyib.Kəlbəcər TŞ-nin anbarında qiyməti milyonlarla dəyərləndirilən inventarlar da kağız üzərində olmaqla yoxa çıxıb.Göstərilən mənimsəmə və talançılıq  faktları baş prokuror yanında Korrupsiya qarşı mübarizə İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan 132026224 nömrəli cinayət işinə əlavə edilib.Adı korrupsiya və saxta diplom qalmaqalında hallanan sabiq Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri yüzlərlə Kəlbəcər sakininin vəzifəsindən sui-istifadə edib aldadaraq  müvəqqəti əmək müqaviləsi ilə müəllim kimi işə götürməsi nəticəsində vətəndaşlara qiyməti  milyonlarla hesablanan maddi ziyan vurması da tezliklə ortaya çıxacaq.Son günlər saxta diplomla bağlı adları qara siyahıya salınan müəllimlərin  sabiq TŞ müdiri M.Bağırovdan verdikləri pullarını geri tələb etdikləri də bildirilir.
    İndi isə adları Gürcüstan və Rusiya Federasiyasının müxtəlif  ali təhsil müəssisələrinin diplomları ilə qara siyahıya salınmış müəllimlərin siyahısını təqdim edirik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam