Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi

 

Azərbaycan prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, Nazirlər Kabinetinə iki ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək, “Dərman vasitələri haqqında” qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 2 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Tarif (qiymət) Şurası isə “Dərman vasitələri haqqında” qanunun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini 3 ay müddətində təmin etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam