Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Heydər Əliyev Fondu Füzuli rayonuna qayğısını davam etdirir

         

 

"Xeberinfo.com":  Xeyriyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və  müqəddəs dəyərlərdir. Humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun  prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri  danılmazdır.

Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti  Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir.

Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix  Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.

Heydər  Əliyev  Fondunun  füzulililərə diqqət və qayğısı başqa  sahələrdə  də  özünü  göstərir.  Fond  füzulili   körpələri  də  yadından  çıxarmır.  Hazırda  Heydər  Əliyev   Fondunun  maliyyə  dəstəyi ilə Horadiz  şəhərində  ən  müasir standartlara cavab verən iki mərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə  yerində tanış olmaq məqsədilə körpələr evində olub.

İkimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər  cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti  üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad  və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində  saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz  olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları  salınıb.

 Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin  sosial  müdafiəsinə  xidmət edən çoxsaylı  xidmətləri füzulililərin Ulu öndərin irsinin daşıyıcısı olan Heydər Əliyev Fonduna, fondun prezidenti  Mehriban xanım  Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu  inamını artırır. Füzulililər məhz bu inamla yaşayır və işləyirlər. Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada  olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün  Azərbaycan sevgisi, insan sevgisi birincidir!

Heydər Əliyev Fondunun həyata  keçirdiyi  bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm,  bərabərlik, ədalət,  insana sevgi  və sabaha ümid dayanır. 

Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti  arzulayıblar.

Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala  Bəhmənli  kəndində  tikilən 60 çarpayılıq uşaq    baxçasının inşası yaxın günlərdə başa çatacaqdır. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq      bağçasının tikintisi davam edir. 

 

         














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam