Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Karantin qaydalarını pozaraq Qubaya gələn -7 nəfər məsuliyyətə cəlb olundu

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Quba rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər şəxs aşkarlanıb.

Qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov  və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam