Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İş icazəsi ilə-İsmayıllıya istirahətə  gələnlər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq istirahətə gələn şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, şəxsi nəqliyyat vasitələri ilə İsmayıllı rayonu ərazisinə gələn şəxslər planşetlə  yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub. Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Bu istiqamətdə tədbirlər  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam