Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzuli rayonunda yas mərasimləri islami qaydada təşkil olunur

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      Füzulidə yas mərasimlərinin sadə, islami qaydalara uyğun keçirilməsi müsbət qarşılanır

 

"Xeberinfo.com": Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan mərasimlərinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. Yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanmışdır. Son dövrlər Rayon İcra Hakimiyyəti və onun yerlərdəki qurumları tərəfindən ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələbləri əhaliyə çatdırılmışdır. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında təbliğat işləri aparırlar. Bu işin əsas təşəbbüskarı olan Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla keçirdiyi səyyar görüş və qəbullarda ilkin təəssürat artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaətini formalaşdırıb.

 

Əlbətdə  rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə İslamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir.

        

   Sevindirici haldır ki, avqustun 15-dən etibarən rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirilir. Ehsan süfrələrində verilən çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədə uyğun sayılır. Ötən iki aya yaxın müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada Rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu keçirilməsini alqışlayır və dəstəkləyir. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam