Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -FOTOLAR

Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -

 

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.

Yenixeber.org:  Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Qazaxlar, Əhmədalılar, Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində olmuş, həmin kəndlərdə ipəkqurdu saxlayan kümçülərlə görüşüb görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr vermişdir. Bildirilmişdir ki, baramaçılıq xüsusilə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir.

Alı Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirmişdir ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.

İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.

Qeyd olunmuşdur ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq may ayının əvvəlində 730 qutu, 13870 qr barama toxumu rayona gətirilərək 300-ə yaxın kümçüyə paylanılmışdır.  Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdlarına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər. Yaxın günlərdə ipəkqurdular barama sarımağa başlayacaqlar. Hazırda yaş baramanın 1 kq-nın 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 30 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 300 min manatdan arıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 1200-1500 nəfər məşğul olacaq ki, bu da əlavə iş yerləri,  əlavə qazanc və yaxşı güzəran deməkdir.

Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -
Füzulidə baramaçılığın inkişafı diqqət mərkəzindədir -

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam