Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bərdədə tükürpədici durum: məmurlardan yenə xərac toplanır

başçının adından məmurlardan yenə xərac toplanır

 

Bərdədə yenə pulyığma kampaniyasına başlanıb

Xeberinfo.com:  
Politika.Az-a daxil olan xəbərə görə, yenə də məmurlardan xərac toplamağın başında Zaur Bəylərov dayanır.


Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olan Z.Bəylərov oktyabrın 4-də, nahardan sonra tabeliyində olan 35 icra nümayəndəliyini tək-tək yanına çağırıb. 

Şöbə müdiri heç bir səbəb göstərmədən deyib ki, icra başçısı Vidadi İsayevin tapşırığı var. Göstərişə əsasən hər nümayəndəlik üç gün ərzində 2000 manat verməlidir. 

Bu tapşırıq icra nümayəndələrini şoka salıb. İcra nümayəndələrindən bir neçəsi buna etiraz edərək, ərizəsin yazıb getməyə hazır olduğunu bildirib. 

İqtisadi böhranın ən kəskin və dərinləşən dönəmində dotasiyasız yaşayan, rüşvəti azalan məmurlar təlaşlanıblar. 

Məlumata  görə, bu zaman Z.Bəylərov onları hədələyib. 

RİH rəsmisi icra nümayəndələrinə deyib ki, problem deyil, ərizəni yazın, işdən çıxın, fəaliyyətinizi tətfiş edib, prokurorluğa verəcəm. 

Məlumata görə, icra nümayəndələrindən birinin vəziyyəti pisləşib, hazırda evdə müalicə olunur. İcra nümayəndələrindən bir neçəsi intihar etmək istəsə də, ailə üzvləri onları bu fikirdən daşındırıb. 

Qeyd edək ki, şöbə müdiri Zaur Bəylərov bundan öncə icra başçısı Vidadi İsayevin köməkçisi olub və dəfələrlə onun haqqında mətbuatda tənqidi yazılar yayımlanıb. 

Zaur Bəylərov oğlunun avtoxuliqanlğı nəticəsində bir gəncin ölümünə səbəb olduğuna görə işdən qovulan Tərtərin rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Vidadi Bəylərovun qardaşıdır. 

Məlumata görə, Zaur Bəylərovun doğmaca dayısı Xalid adlı şəxs bir neçə il bundan öncə Tərtər RPŞ tərəfindən keçirilən əməliyyat zamanı evini priton etdiyinə görə, həbs olunub. 

Hansısa gizli əllər onu həbsdən buraxıb. Və Zaur Bəylərov Gəncənin icra başçısı Elmar Vəliyev klanının aktiv üzvüdür. 

Və Zaur Bəylərovun qaynanası icra başçısı Vidadi İsayevin şəxsi aşbazı, qaynatası isə Vidadi İsayevin sağ əlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam