Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Füzulidə uşaq bağçasının açılış mərasimi keçirildi - FOTOLAR

 

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Füzuli rayonunda 6 nömrəli Qayıdış qəsəbəsindəki 1 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Xeberinfo.com:  Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev bağçanın əsaslı təmirdən sonra açılışını bildirən rəmzi lenti kəsib, burada körpələr üçün yaradılan şəraitlə tanış olub. Alı Alıyevə məlumat verilib ki, bağçada əsaslı təmir bərpa işləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Bildirilib ki, müasir tələblərə cavab verən və hər növ avadanlıq və ləvazimatlarla təchiz olunan bağçada əlavə 1 mətbəx, 1 müsiqi otağı, 2 uşaq qrupu üçün yataq otağı tikilərək Qayıdış qəsəbəsində məskunlaşan məcburi köçkün uşaqların istifadəsinə verilib.

Alı Alıyev uşaqları 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğısından bəhs edib.

Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda uşaqların sağlam və hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını, çoxsaylı uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələrinin tikilərək uşaqların istifadəsinə verildiyini vurğulayıb.  

Alı Alıyev qeyd etmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bildirmişdir ki, humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır. Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını əhalimiz daim hiss edir. 

 

Sonda Alı Alıyev bağçanın kollektivinə gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli böyümələri üçün məsləhət və tövsiyyələrini verib.













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam