Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kürdəmirdə aqrar sahə uğurla inkişaf etdirilir - FOTOLAR

 

 

Bu gün rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar yaradılmış işçi qrupunun iştirakı ilə müşavirə keçirilib.  

 

Xeberinfo.com:  Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin baş məsləhətçisi Rüfət Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev iştirak etmişlər.

İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, fermerlərin, sahibkarların, şirkət təmsilçilərinin, xidmət qurumlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov açaraq Kürdəmirdə sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələr, cari ildən etibarən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov  ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayıb, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Xüsusilə, ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, bu sahələrə dövlət dəstəyindən bəhs edən Azər Əmiraslanov Kürdəmir rayonunda vaxtilə ənənəvi olan həmin sahələrin perspektivlərindən danışıb. Prezidenti Administrasiyasının şöbə müdiri deyib ki, pambıqçılıqda ilkin mərhələ - torpaq sahələrinin ayrılması məsələsi həll olunub, bu sahədə maneələr aradan qaldırılıb. Qısa müddətdə kifayət qədər çiyid və səpin aqreqatları gətirilib və əkin kampaniyası başa çatdırılıb. Artıq yaxın günlərdə respublikamıza becərmə texnikası da gətiriləcək.

Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrini diqqətə çatdıran sahibkar Cümşüd Babayev Kürdəmir rayonunda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılığın, habelə qeyri-ənənəvi sahələrin inkişafı üçün də yaxşı imkanlar olduğunu bildirib.

 

Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Fermerləri, ümumən torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemlərinin operativ həlli diqqət mərkəzində saxlanılıb. Müşavirədə səmərəsiz istifadə edilən torpaqların pambıq əkini dövriyyəsinə cəlb edilməsi, tut bağlarının bərpası üçün tinglərin verilməsi, camışçılığın inkişafı, kartofbasdıran və çıxaran, habelə qarğıdalı səpən aqreqatların “Aqrolizinq” ASC-nin xətti ilə gətirilməsi, pambığın alış qiymətinin artırılması, istismar müddətini başa vuran kanalların yenilənməsi kimi təkliflər səsləndirilib. Təklif və müraciətlər araşdırılaraq həll olunmaq üçün nəzarətə götürülüb.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam