Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə qışa hazırlıqla əlaqədar müşavirə - FOTOLAR

 

 Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayonunda qış mövsümünə hazırlıqla əlaqədar geniş müşavirə keçirildi.

Xeberinfo.com:   Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə təşkilatlar, ərazidəki icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

         Müşavirə iştirakçıları əvvəlcə Xəzər dənizində Günəşli yatağında baş vermiş faciə nəticəsində həlak olan neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

         Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qışa hazırlıq məsələlərindən danışdı,  görülmüş işlərə münasibət bildirdi. Alı Alıyev rayonun bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla tam təchiz olunduğunu vurğuladı. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun bütün yaşayış məntəqələri qazlaşdırılmışdır.

Alı Alıyev demişdir: “Füzuli rayonu ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikada yüz faiz qazlaşdırılmış yeganə rayondur. Görülən işlər qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin, Uşaq bağçaalarının qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək.”

Sonra ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri qışa hazırlıqla əlaqədar kollektivlərdə həyata keçirilmiş tədbirlərdən bəhs etdilər. Vurğulandı ki, rayonda qışa hazırlıq sahəsində bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilməlidir. Rayоnda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, eləcə də digər sоsial obyektlərin qışa hazırlanması, əhalinin qış mövsümündə enerji və yanacaqla fasiləsiz təmin оlunması, inzibati binaların, kəndarası yоlların təmiri diqqət mərkəzində saхlanılır. 

İclasda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən aidiyyəti təşkilat rəhbərlərinə qışa hazırlıqla əlaqədar konkret tapşırıqlar verildi. Diqqətə çatdırıldı ki, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıqları, paylayıcı xətlər təzələnməlidir. Əhalinin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxışın qısa müddətdə həyata keçirilməsi, nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, istismara yararsız qaz xətləri və avadanlıqlarının müəyyən edilərək təzələnməsi vacibdir.

         Müşavirənin sonunda rayon ictimaiyyəti adından bir daha Nardaran qəsəbəsində bir qrup dindar ekstremist tərəfindən həyata keçirilən xoşagəlməz hərəkətlər pislənilmiş, rayon sakinlərinin bu hadisədən naratatlıq keçirdikləri ifadə olunmuşdur. Bildirilmişdir ki, füzulililər bütün məsələlərdə olduğu kimi bu gün də dövlət başçısının yanındadır, ona inanır, güvənir və dəstəkləyirlər. 

 

 

 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam