Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Füzuli rayonunda Respublika Günü münasibətilə tədbir keçirilib

 

Füzulidə 28 May Respublika Günü qeyd olundu

 

"Xeberinfo.com":  Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.  

         Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişdir. 

         Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur. Bildirmişdir ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsədə onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olmuşdur.

         Alı Alıyev qeyd etmişdir ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 97 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. 

- “Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.”

Tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşı Fazil Məhərrəmov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir. 

 

Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulamışlar. 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam