Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Qubada -evlərdən oğurluq edən gənc saxlanılıb

 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən müxtəlif vaxtlarda bir ədəd velosiped, məişət avadanlıqları və geyim əşyaları oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb.

Saxlanılan şəxs törətdiyi əməlləri etiraf edərək, qanunsuz yolla əldə etdiyi velosipedi dəyərindən ucuz qiymətə satdığını, digər əşya və avadanlıqları isə gizlətdiyini bildirib. Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

 Faktlarla bağlı R.Teymurxanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam