Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Ağdaş, Bərdə və Ağdamdan olan COVİD-19 xəstələri Mingəçevirdə saxlanılıblar

Mingəçevir şəhərinin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmağa çalışan aktiv koronavirus xəstələri aşkarlayıblar.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə,  COVİD-19 testlərinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin olunan Ağdam rayon sakini Şahlar Yaqubov, Ağdaş rayon sakini Kəmalə Əhmədzadə və Bərdə rayonu sakini Xalid Məmmədov qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onlar Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri göndəriliblər.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam