Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Vilyam Hacıyev iş adamlarının başına hansı oyunu açır?

 

Şükür Məmmədov və Tofiq Qasımova bir sıra tikinti işləri gördürən İmişlinin icra başçısının onların pullarını vermədiyi deyilir 

"Xeberinfo.com":  Məlumata görə, İmişlidə sahibkarların başına müsibət açırlar. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, bu yaxınlarda rayonun Həzi Aslanov küçəsi Qaz İstismarı İdarəsinin işçiləri tərəfindən qazılaraq, bərbad hala salınıb. Küçənin sakinləri isə keçilməz hala düşmüş küçədə təmir işlərinin aparılması məqsədi ilə İmişli İcra Hakimiyyətinə gedərək, şikayətlərini bildirməyə çalışıblar. Lakin ənənəvi olaraq icra başçısı Vilyam Hacıyevi yerində tapa bilməyiblər. Sakinləri isə onun müavinləri Səfa Ağayev və Səlim Səlimzadə qəbul edib. Hətta söz də veribəlr ki, dərhal təmir işlərinə start veriləcək. 

JAM.AZ-a verilən məlumata görə, şikayətə gedənlərin geri dönməsindən iki gün sonra Həzi Aslanov küçəsinə cəmi iki maşın çınqıl daşı tökülür. Və bunu da «Orion M» MMC-nin rəhbəri Şükür Məmmədov edir. Camaat narazılıq edəndə isə şirkət rəhbəri onların qarşısına çıxaraq and-aman edir ki, onluq məsələ yoxdur. Çünki bu işləri öz vəsaiti hesabına həyata keçirir, İcra Hakimiyyətindən isə ona bir qara qəpik də verilməyib.

Məlumatda deyilir ki, yol həminki vəziyyətdə qalmaqdadır və edilən şikayətlərə də əhəmiyyət verən yoxdur. Onu da qeyd edək ki, Şükür Məmmədovu İmişlidə hamı xeyriyyəçi kimi tanıyır. Hətta o da deyilir ki, Vilyam Hacıyev İmişliyə rəhbər təyin olunandan sonra rayonun əksər yollarını məhz Məmmədova təmir etdirib və ya çəkdirib. Amma bunun müqabilində dövlət büdcəsinən ona ayrılmış pullarını verməyib. 

Amma Vilyam Hacıyev təkcə Şükür Məmmədova deyil, həmçinin «Messenat Holdinq»in rəhbəri Tofiq Qasımova da az «qan uddurmayıb». JAM.AZ-ın əldə etdiyi məlumata görə, Holdinq rəhbəri İmişlidəki Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi və rayonun mərəkəzi küçəsinin abadlaşdırılmasını da Qasımova tapşırıb. Və maraqlıdır ki, bütün bu işlər yarımçıq qalıb. Düzdür, Vilyam Hacıyev bu işlərin görülməsi müqabilində Tofiq Qasımova Gənclər Mərkəzini və onun yanında yerləşən otel üçün nəzərdə tutulmuş sahəni verib. Elə bu səbəbdəndir ki, İmişli Gənclər Evi daha çox şadlıq sarayı kimi tanınır. 

İmişli sakinləri deyirlər ki, rayona qonaq gəldiyində onu hara aparacaqlarını bilmirlər. Çünki rayonu başdan-başa viranəyə çeviriblər. «Gənclər Mərkəzinə gedirsən, orada toy olur. Rayonun mərkəzi küələrini xaricilər görsələr, elə zənn edərlər ki, bura İmişli deyil, Suriyadır. Təmiz biabırçılıqdır».

Sakinlər JAM.AZ vasitəsi ilə sual edirlər ki, İmişlinin indiki duruma düşməsinin səbəbi nədir? Dövlət büdcəsindən ayrılan vəsaitlər nəyə və necə xərclənib? 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam