Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -Hələ "5-ci mərtəbəsi" də var...

media-82

Bərpası dövlət büdcəsinə 35 milyona başa gələn Ağdamın Sarıcalı kəndində tikilən evlərə su damıb. Evlərin tavanı sanki aşsüzənə dönüb.

Yenixeber.org: Bu iddia araşdırmaçı jurnalist Cvanşir Həsənlinin FB səhifəsindəki yazısında yer alır:
Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib. Tikən şirkət isə "6-cı mərtəbə" Müstəqil Şirkətidir. Bu gün videolar yayılıb ki, yağışdan təzə tikilən evlər damıb. Evlərin tavanı sanki aşsüzənə dönüb. Bəs kimdir bu "6-cı mərtəbə"nin arxasında duran? Bir dəfə yazmışdım ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.
Deməli, bu "6-cı mərtəbə" Müstəqil Şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli dönərin içində at və eşşək əti axtaran Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır. O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında
MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur. "6-cı mərtəbə"nin hələ 5-ci mərtəbəsi də var. Yəni "kruq" genişdir, 35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində - "VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ" MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur. Şahbaz Təhməzli "6-cı mərtəbə"nin sahibi Ataş Təhməzlinin oğludur. Sizə ortağın, yəni Şahin Vəliyev İsrafil oğlunun da kimliyi maraqlıdırsa deyim; o, hamımızın yaxşı tanıdığımız oliqarx deputat, "Kristal Abşeron"un sahibi Ağalar Vəliyevin qardaşıdır.
Yenixeber.org olaraq adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam