Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

12 saylı Bakı Peşə Liseyinin idman zalı sürücülük kursuna çevrilib-FOTOLAR

 

 Yenixeber.org: Bakıxanov qəsəbəsindəki 12 saylı Bakı Peşə Liseyinin idman zalını, direktor Mətləb Hüseynov sürücülük kursuna çevirməklə, idmanın inkişafına böyük diqqət və qayğı göstərən prezident cənab İlham Əliyevin siyasətinin əleyhinə gedir

Qəzetimizin 5 avqust 2020-ci il tarixli sayında Bakıxanov qəsəbəsindəki 12 saylı Bakı Peşə Liseyinin (Emal Sənayesi üzrə Bakı Peşə Təhsili Mərkəzi) dərs hissə müdiri Şəlalə Əsədovanın, liseyin direktoru Mətləb Hüseynovun yol verdiyi qanunsuzluqlar və koorupsiya faktları barədə prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər dövlət qurumlarının rəhbərlərinə ünvanlı müraicətini dərc etmişdik.

Ş.Əsədova öz müraciətində 38 ildir həmin liseydə işlədiyini və onun 24 ilini dərs hissə müdiri olduğunu vurğulayaraq, 1 ildir məktəbə direktor təyin olunan Mətləb Hüseynovun qanunsuz əməllərinə göz yuma bilmədiyini yazmışdır. İnanırıq ki, həmin yazımız aidiyyəti dövlət qurumlarına çatacaq və M.Hüseynov haqqında çox ciddi tədbirlər görüləcək.
Ş.Əsədova təzəlikcə qəzetimizin elektron poçtuna Emal Sənayesi üzrə Bakı Peşə Təhsili Mərkəzinin direktoru Mətləb Hüseynovun daha bir qanunsuz əməli barədə məlumat göndərib. Həmin məlumatı olduğu kimi təqdim edirik:
Hörmətli redaksiya!
Mənim əvvəlki müraciətimi olduğu kimi təqdim etdiyinizə görə sizlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Bununla siz bir daha göstərdiniz ki, qəzetiniz hər bir vətəndaşın üzünə açıqdır və vətəndaşların problemlərinin həllinə yardımçı olursunuz. Elə ona görə də yenidən böyük mənmuniyyətlə sizə üz tutdum. Mənim bu müraciətləri sizin vasitənizlə yaymaqda məqsədim odur ki, dövlət müəssisəsində oturub, qanunsuz əməllərlə məşğul olan, korrupsiya faktlarına yol verən Mətləb Hüseynov kimi təhsildən uzaq adamlar, dövlətə vurduqları ziyana görə layiqli cəzalarını alsınlar. Bu məqsədlə istəyirəm ki, mənim müraciətim həm təhsil naziri Emin Əmrullayevə, baş prokuror cənab Kamran Əliyevə və Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi cənab Nazim Rəcəbova və digər dövlət qurumları rəhbərləri diqqətinə çatdırılsın.
Məlumat üçün bildirirəm ki, uzun illər 12 saylı Bakı Peşə Liseyinin geniş idman zalı şagirdlərin ixtiyarında olub. O da məlumdur ki, ölkə başçısı Prezident cənab İlham Əliyev idmanın inkişafına çox geniş, əhatəli diqqət və qayğı göstərir. Amma liseyin direktoru Mətləb Hüseynov cənab prezidentin bu siyasətinin əleyhinə olaraq idman zalını sürücülük kursuna çevirib. Bu barədə nə Təhsil Nazirliyinin, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin heç bir razılığı yoxdur. Bildiyimiz kimi, “Peşə təhsili haqqında qanun”a əsasən peşə təhsili müəssisələrində tədris emalatxanaları və istehsal sahələri yaradıla bilər. Bu, o halda baş verə bilər ki, təhsil müəssisələrində hazırlanan peşələrə uyğun istehsal sahələri yaradılır və birgə məhsul istehsalı nəzərdə tutulur. Peşə təhsili müəssisələrinin tələbələri həmin istehsal sahələrində, istehsalat təlimi dərslərinin proqramlarına uyğun işləri yerinə yetirməli və məhsul istehsalında iştirak etməlidirlər. Ümumiyyətlə, peşə təhsili müəssisələrində hər hansı bir formada emalatxana, istehsal sahələri, tikililər icarəyə verilə bilməz. Lakin “Peşə təhsili haqqında qanun”da nəzərdə tutulmuş qaydalara və təlimatlara zidd olaraq, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində (12 saylı Bakı Peşə Liseyi)tələbələrin sağlamlıqlarının mökəmləndirilməsi üçün, asudə vaxtlarında istifadə edə biləcəkləri idman zallarının bir hissəsi təhsil müəssisəsinin direktoru Mətləb Hüseynov tərəfindən sürücülük kursuna icarəyə verilmişdir.
Diqqətinizə çatdırıram ki, 2014-cü ildə 12 saylı Bakı Peşə Liseyinin rəhbərinin Təhsil Nazirliyi tərəfindən tutduğu vəzifədən azad edilməsinin səbəblərindən biri də, liseyin binasının adı qeyd olunan sürücülük kursunun fəaliyyət göstərməsi üçün icarəyə verilməsi faktı olmuşdur. Belə aydın olur ki, Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin məsul işçiləri tərəfindən Mətləb Hüseynova qanunsuz əməllərini həyata keçirməsi üçün bütün səlahiyyətlər verilmişdir. Mətləb Hüseynov isə israrla bildirir ki, bu səlahiyyətlər ona müvafiq icra orqanları tərəfindən verilib.
Məlumat üçün qeyd edim ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Təhsil Nazirliyinin 06.04.2020-ci il tarixli F-202 nömrəli əmri ilə yaradılmışdır. Təhsil mərkəzinin direktoru Mətləb Hüseynov isə özünün publik hüquqi şəxs olması faktını qabardaraq, arxayınlıqla bütün qeyri-qanuni əməllərinə qanuni don geyindirmək istəyir. 12 saylı Bakı Peşə Liseyinin idman zalının bir hissəsinin sürücülük kursuna icarəyə verilməsi halı, Peşə Təhsili Mərkəzinin yaranmasından əvvəl, 2019-cu ildə baş vermişdir.
Göründüyü kimi, liseyin idman zalının sürücülük kursuna icarəyə verilməsinin heç bir qanuni, hüquqi əsası yoxdur və bu, direktor Mətləb Hüseynovun tam özbaşnalığıdır. İnanıram ki, aidiyyəti qurumlar bu məsələyə diqqət göstərəcək, nəhayət, direktor Mətləb Hüseyovun qanunsuz əməllərinə “dur” deyən tapılacaq və bu adam dövlətə vurduğu külli miqdarda ziyana görə layiqli cəzasını alacaq.
Yazdıqlarımı hər zaman sübut etməyə hazıram.
Hörmətlə: Şəlalə Əsədova, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin dərs hissə müdiri


Hazırladı: Elçin MƏMMƏDLİ

Liseyin idman zalı sürücülük kursuna çevrilib

Liseyin idman zalı sürücülük kursuna çevrilib

Liseyin idman zalı sürücülük kursuna çevrilib
         

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam