Redaktor seçimi
Baba Rzayevin “Azərişıq”dakı “silinməz izləri”-
Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub?-
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nə baş verir? –
DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -
Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-
Gömrük generalı İsmayıl Hüseynov casusların himayəçisidir? – 
“Kodak” hara, dərman istehsalı hara?-
Günün xəbəri

Bakı Şəhər Prokurorluğunda Şok təyinatlar-NONSES




Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Pərvin Quliyev qardaşı 20 kq narkotiklə tutulan tələbə yoldaşı Asif Şıxəliyevin Bakı şəhər Prokurorluğunda rəis müavini təyin olunmasına necə dəstək verib?

 
Yenixeber.org: Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilməsinə birmənalı olaraq hamı böyük ümid bəsləyir. Çünki o, gerçəkdən peşəkar hüquqşünasdır, istintaqçıdır.

Bu günlərdə isə onun hələ 25 il əvvəl Balakən rayonunda müstəntiq işləyərkən böyük bir quldur dəstənin cinayət işi üzrə istintaqını necə peşəkarlıqla aparmasını oxuyanda qənaətimizdə yanılmadığımızı gördük.

Onu da bilirik ki, K.Əliyevin gəlişi və keçmiş Baş Prokuror Z.Qaralovun gedişi ilə ölkənin prokurorluq orqanlarında kadr islahatlarına start verilib. Amma…

Qardaşı 20 kq narkotiklə həbs edilən Bakı şəhər Prokurorluğunda rəis müavini necə təyin edilib?

Yeri gəlmişkən, ölkənin prokurorluq orqanlarında aparılan kadr islahatlarını izləyəndə görürük ki, həqiqətən də yeni təyinatlarda daha çox peşəkarlığa üstünlük verilməkdədir. Lakin bu təyinatları izləyərkən bir qəribə təyinatla da rastlaşdıq. Belə ki, Sabirabaddan elektron poçtumuza daxil olan bir məlumat diqqətimizi çəkdi. Məlum olur ki, Şıxəliyev Asif Əliabbas oğlu Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəis müavini təyin edilib. O, əvvəllər Nərimanov rayon Prokurorluğunda prokuror köməkçisi işləyib. Ən maraqlısı, o, həm də Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Pərvin Quliyevlə tələbə yoldaşı olub. P.Quliyev isə bu təyinatdan (20 gün olar) əvvəl Sabirabadın prokuroru işləyib.

O da məlum olur ki, Asif Şıxəliyevin qardaşı Şıxəliyev Nurəli Əliabbas oğlu bir müddət əvvəl Azərbaycan MTN tərəfindən narkotik qaçaqmalçılığına görə həbs edilib. MTN-nin rəsmi məlumatında deyilirdi: "Müəyyən edilib ki, Azərbaycan vətəndaşları - Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə ediblər. Qrupun üzvləri həmin narkotik vasitələri "DVD player"in içərisində gizlədib "Moskva-Bakı-Moskva" reysi üzrə hərəkət edən "İkarus" markalı avtobusla "Samur" gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıblar. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məhərrəmov Dövlət Hüseyn oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Dövlət Məhərrəmov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram adlı vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər. Məlum olub ki, dekabr ayının ortalarında Dövlət Məhərrəmov İran İslam Respublikasının Astara şəhərinə getmiş və orada tanışı Şəhram adlı iranlı ilə külli miqdarda narkotik vasitənin qaçaq yolla Azərbaycana gətirilməsi barədə razılaşıblar. Şəhram adlı iranlı həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının Astara rayonunun Telman kəndinin ərazisinə keçirmiş və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədib. Dövlət Məhərrəmov həmin gizli yerdən içərisində külli miqdarda narkotik vasitənin olduğu bağlamanı götürərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Keçirilmiş baxış zamanı həmin bağlamanın içərisindən 19 kiloqram 278,71 qram həşiş qətranı aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib".

Sonradan həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır və Şıxəliyev Nurəli Əliabbas oğlu və Əliyev Ceyhun Firudin oğlu AR CM-nin 32.5; 234.4.1 və 32.5; 234.4.3-cü maddələri ilə və AR CM-nin 29.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilərək barələrində müvafiq hökm çıxarılmışdır.

Bəs bütün bunlardan sonra necə olub ki, Şıxəliyev Nurəli Əliabbas oğlunun qardaşı Asif Şıxəliyev prokurorluq orqanlarında məsul vəzifə tutmuşdur? Üstəlik, A.Şıxəliyev bu yaxınlarda Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəis müavini təyin edilmişdir.

Deyə bilmərik, bəlkə də A.Şıxəliyev peşəkar kadrdır, təcrübəlidir. Lakin Azərbaycan qanunvericiliyi təcrübəsini nəzərə alsaq, sual yaranır ki, qardaşı belə ağır cinayətdə ittiham edilərək azadlıqdan məhrum edilən şəxs indi Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına necə nəzarət funksiyasını həyata keçirə bilər?

Elə Sabirabaddan daxil olan məlumatda da bu suala cavab istənilir. Üstəlik, yazırlar ki, Sabirabadda N.Şıxəliyevi indi də "Nar şərab" restoranında axtarmağa dəyər. "…Bu isə polisin işidir. Elə onun qardaşı Asif Şıxəliyev də daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət edən idarənin rəisidir, yaxşı olar ki, Baş Prokurorluq qarşısında təşəbbüslə çıxış edərək doğulduğu Sabirabad rayonunda bəşəriyyətin ən böyük bəlasına çevrilmiş narkotiklə mübarizədə yeni mübarizələrə başlanılsın", - deyə məlumatda vurğulanır.

Xatırladırıq ki, Asif Şıxəliyev Sabirabadın keçmiş icra başçısı, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən, Heydər Əliyevin 14 avqust 1995-ci il tarixli fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə bu vəzifədən çıxarılan Vaqif Şıxəliyevin qardaşı oğludur. Sabirabadda isə hamı V.Şıxəliyev əsasən keçmiş daxili işlər naziri Ramil Usubovun himayəsində və dostluğunda olduğunu bildirib.

Bu da Sabirabaddan daxil olan məktubda deyilir.

Bəs Baş Prokuror Kamran Əliyev Asif Şıxəliyevin əmrini imzalayarkən onun qardaşı ilə bağlı nüansları, eləcə də Sabirabadın keçmiş prokuroru, bu günlərdə Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Pərvin Quliyevlə tələbə yoldaşı və uzun müddətdir dostluğunu bilirdimi?

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovla əlaqə saxlanılıb. Bu barədə ictimaiyyətə məlumat veriləcək.

Şikayətlə bağlı ilk məlumatı "Qanun-namine.info" saytı yayıb.(pravdainfo.org)


шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}