5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”-ŞOK FAKTLAR+FOTOLAR
Yenixeber.org: Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elm olmaqla bərabər, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini və dialеktikasını da izahlı şəkildə öyrədir.

Əslində vəzifə sahibi olan şəxslərin verdikləri bu cür absurd cavablar, baş aldatmaqdan başqa bir şey deyil. Çünki, qeyd olunan ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxarılaraq məhv edilməsi prosesi, məhz 2019-cu ilin son aylarında həyata keçirilib. Yəni, qarşı tərəfin qeyd etdiyi “köçürülmə” prosesi yanğın hadisəsindən çox-çox əvvəl həyata keçirilir və bunların bir-biri ilə heç bir bağlılığı yoxdur. Hazırda redaksiyamızda zeytun və müxtəlif cinsli ağacların 2019-cu ilin son aylarında kökündən çıxarılaraq məhv edilmə kadırları var. Ona görə də, təqdim edəcəyimiz video-çəkiliş əsasında lazımi araşdırma işlərinin aparılması və bununla bağlı redaksiyamıza rəsmi qaydada cavabın verilməsi, bu gün bizim üçün olduqca önəm daşıyan məsələlərdəndir. Düşünürük ki, Siz belə bir problemin olduqca diqqətli və lazımınca araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırığınızı verəcəksiniz. Əgər diqqətli araşdırma işləri aparılarsa o halda bəlli olar ki, qeyd olunan iki hektardan artıq ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxardıldığı torpaq sahələri fərdi şəxslərə satılmışdır. Onlar da, həmin torpaq sahələrində özləri üçün fərdi yaşayış evləri inşa etmişlər və bu gün bəzi evlər inşa olunmaqdadır. Ardı var…! (gündemxeber.az)
Mövzunu diqqətdə saxlayacağıq.