Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İLHAM RƏHİMOVUN DÜZGÜN, ANCAQ GECİKMİŞ ADDIMI... –“Food City”-də ermənilərin nə işi vardı?

 

 “Food City” topdansatış bazarı ətrafında baş verənlərdən hər kəs agahdır və ermənilərin bazardan qovulması faktı Moskvadakı həmvətənlərimizin, daha konkret desək, professor, iş adamı İlham Rəhimovun Tovuz istiqamətindəki hadisələrlə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayişi kimi təqdim olunur. Əks fikirdə olanlar, ermənilərin bu addımdan bəhrələnərək, Azərbaycanı barışmaz millətçi siyasətdə günahlandırmalarına əsas yaratdığını söyləyənlər də var.

Yenixeber.org: Lakin istənilən halda azərbaycanlı iş adamlarının bu addımı təqdirəlayiqdir, alqışlanmalıdır.

Bunula belə, İlham Rəhimov və şəriklərinin bu qərarının Azərbaycanın Ermənistanla təbliğat, informasiya savaşına hansı yöndə təsir etməsini bir kənara qoyaraq, məsələyə bir başqa prizmadan yanaşmağın da yeridir. Sual olunur: Axı azərbaycanlılara məxsus ticarət mərkəzində indiyədək ermənilərin nə işi var idi?!

İlham Rəhimova və onun Azərbaycandan olan yəhudi əsilli şəriklərinə məxsus olan həmin bazar uzun illərdir fəaliyyət göstərir və ermənilər orada demək olar onun yarandığı ilk gündən ticarətlə məşğul olurlar. Nədən indiyə kimi, yəni sərhəddəki son gərginliyə qədər “Food City”-də ermənilərə “gözün üstə qaşın var” deyən yox idi?

 

 

Ermənilər az qala 30 ildir Qarabağı və ətraf rayonları işğal altında saxlayır və elə İlham Rəhimovun doğma rayonu olan Tovuz da tez-tez işğalçının atəşinə, diversiya cəhdlərinə məruz qalır. Yəni erməni üçün Qarabağla Tovuzun, yaxud Qazaxın fərqi yoxdur, o, Azərbaycanın, azərbaycanlının düşmənidir. Deməli, mövcud situasiya tələb edir ki, bizim üçün də erməninin hansı ərazimizə, hansı rayonumuza təcavüz etməsinin fərqi olmasın. Gözləməməliyik ki, məhz hansımızınsa doğulub boya-başa çatdığı kəndə güllə, top atılsın, şəhidlər verək, ondan sonra hərəkətə keçək. Eyni yanaşma İ.Rəhimov da daxil olmaqla, digər imkanlı və imkansız həmvətənlərimizə də aid olmalıdır.

İstər-istəməz sual yaranır ki, İ.Rəhimov əgər doğrudan da bu cür addımı Rusiya hökumətinin hər hansı təzyiqindən çəkinmədən, buna razılıq almadan ata bilirdisə, niyə indiyə qədər atmırdı? Bunu erməni məhz Tovuzu atəşə tutduğu üçün yox, Şuşa, Kəlbəcər, Laçın, Ağdam və digər rayonlarımız işğalda olduğu üçün, yəni ki, çoxdan etmək olardı. Çünki o bazardakı hər bir erməninin qazandığı pulun cəbhədə bizim əsgərimizə güllə atan erməni əsgərinin geyimindən tutmuş yeməyinə, silahına qədər hər cür təminatında payı var.

“Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq. Haqq etdikləri münasibəti gördülər, çıxıb getdilər.” Bunu İ.Rəhimov deyib. Çox gözəl. Amma professoru yerliçilikdə və s. günahlandırmadan, sadəcə xatırlatmaq istərdik ki, Vətən təkcə Tovuz yox, həm də işğal olunan Qarabağ və digər 7 rayonumuzdur. Və Azərbaycanın çörəyini yemiş, suyunu içmiş hər kəs bölgəsindən və milliyətindən asılı olmayaraq, bunu unutmamalı, bəlanın onun kəndinə, evinə, ailəsinə toxunmasını gözləməməlidir!...(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam