Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... -NARAZILIQ...

 Yenixeber.org: "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdan narazılıqlar durmadan artmaqdadır. Qeyd edək ki, əgər dünənə qədər QSC sədri ilə bağlı şikayətlərdə daha çox ADY ilə bağlı problemlər diqətə gəlirdisə, bu dəfə Cavid Qurbanovdan Yasamal sakinləri giley edirlər.

Sakinlər redaksiyamıza yazırlar ki, Yasamaldakı məşhur "Tri Korona"nın yaxınlığında yerləşən "Yasamal gölü" bu gün onların əməlli-başlı başağrısına çevrilib. Sakinlər yazır:

"Hələ sovet dönəmlərində köhnə karxananın yerində yaranmış bu göl artıq illərdir təbii xarakterik xüsusiyyətlərə malikdir. Yəni göl heç bir zaman pis qoxunu ətrafa yaymamasına görə, qrunt suları hesabına təşkil olunduğundan, onun bir yeraltı axarının olduğu da sübutlanmaqdadır. Amma maləsəf illərdir gölün ətrafında iri məmurlar istədiklərini edirlər. Hətta o qədər cəsarət sahibləridirlər ki, göldən süni drenajlarla suyu azaltmağa da çalışırlar. Və məqsədlərinə nail olublar da. Artıq son bir neçə ayda Yasamal Gölünün dərinliyi 3 metrə qədər azalıb ki, bu da həmin əraziyə maraq salan məmurlarla bağlıdır".

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib...

Sakinlər redaksiyamıza yazır ki, Gölün ətrafında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinə məxsus villalar yerləşir: "Həmin villalara görə, gölün suyu süni drenajlarla azaldılır. Bu isə aşağıdakı və ətrafdakı hündürmərtəbəli binalar üçün açıq təhlükə deməkdir. Hər halda Cavid Qurbanov bu gün səlahiyyətlərinə güvənərək belə bir addımı atır. Bizim isə ümidimiz cənab Prezidentədir. Kimsə dövlətin qanunlarından üstün ola bilməz".

Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, həmin ətrafdakı villaların birində Cavid Qurbanovun qızı qalır.

İddia olunanlarla bağlı bütün maraqll tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.(dia.az)

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam