Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda şok hadisə — Dövlət qurumunun binasında barama yetişdirilir-(FOTOLAR)

 

 

                 

 Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir. 


Yenixeber.org: Bununla bağlı redaksiyamıza rayon sakinlərindən məlumat daxil olub. 


Təqdim olunan fotolardan da aydın görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayon şöbəsinin binasında barama qurdu bəslənilir. 


Məlumata görə, şöbənin əməkdaşları rayon ərzisində əkilmiş tut ağaclarından gündəlik olaraq yarpaq toplayır və barama qurdlarını bəsləyirlər. Hətta, buna görə ağacların kəsilməsinə yerli İcra Hakimiyyəti də göz yumur. 


Məsələ ilə bağlı saytımıza danışan sakinlər bildirib ki, bu cür hallar əvvəllər də mövcud olub. 


Onların sözlərinə görə, Göyçayda bir sıra idarə və təşkilatlar ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər. 


Sakinlər məhz bu səbəbdən də barama qurdunun dövlət idarələrinin otaqlarında yetişdirildiyini bildirib.(demokrat.az) 

 

 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam