Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Nəriman Əliyevin namizədi Məhşur Məmmədov KİMDİR?-...bəlasız ötüşmyəcək...

 

Milli Məsclisdə aktiv deputatlarla bərabər, “lal kar dinməz, söyləməz” mandat sahibləridə var idi.

Yenixeber.org: Bu mandat sahibləri sadəcə öz bizneslərinin toxunulmazlığı üçün parlamendə təmsil olunduqlarını hər kəs bilirdi. Belələrindən ən öndə gedəni isə adı müxtəlif olaylarda hallanmış Nəriman Əliyev olub. Həmin Nəriman Əliyev ki, keçmiş MTN "işi"ndən sudan quru çıxmış, görünməyən güclər sayəsində topdağıtmaz biznesini qorumağı bacarmışdı. 

 Nəriman Əliyev indidə öz biznesini və dayaqlarını qorumaq üçün, Milli Məslisə yol axtarır.

Beləki, gücü, qüvvəti yerində olan sabiq deputat öz yerinə deputat seçdirmək qərarı verib. O, 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyini verməsədə məşhur adamı sayılan Məhşur Məmmədovu YAP-dan deputat seçdirir.

Biznesmen sabiq deputat Nəriman Əliyev əhali arasında çaşqınlıq yaratmaq üçün digər namizədi  həkim kimi tanınan Mirnizam Əliyevin də namizədliyini YAP- dan irəli sürüdürüb.

Qeyd edək ki, 70 saylı Masallı Seçki Dairəsindən deputat olmuş Nəriman Əliyevin adı müxtəlif qalmaqallarda hallanıb. Onun Masallıda böyük biznes şəbəkəsi  və torpaq sahələri ilə bağlı ilginc məlumatlar var. N.Əliyein  Masallı-Yardımlı magistral yolu ətrafında, təbii şəraiti ilə diqqət çəkən böyük əraziləri mənimsəməsi rayonda ciddi narazılıqlar və qəzəb yaradıb. Rayonun ən böyük kəndləri sayılan Ərkivan və Qərbiblər əhalisi ilə Nəriman Əliyevin arasında ciddi konflikt var. Gələn xəbərlərdə, yerli camaat Nəriman Əliyevin namizədi Məhşur Məmmədov baykot edəcəklərini bildirir. Görünən o ki, Masallıda mandat uğrunda aparılan savaş qadasız, bəlasız ötüşmyəcək...(ixa.az)

ardı var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam