Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov Almaniya vergi orqanlarına 11 milyonluq hesabat təqdim edib-FOTOFAKT

 


Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova cavab verdi.
Yenixeber.org: Qeyd etmək istəyirik ki, Cavanşir bəyin keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun xaricdə olan şirkətləri barədə araşdırmasına cavab olaraq onun yalan yazdığını və oğlu Lətif Bağırovun xaricdə heç bir biznesi olmadığını yazmışdı.
Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edərək yazır:
"Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir".
Bunu ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalarıma cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdi.
İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Oğru və yalançını mənzilinə qədər qovarlar. Söhbət təxminən 11 milyon avrodan gedir."

Yenixeber.org olaraq qarşı trəfin fikirlərini dinləməyə hazırıq!


Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam