Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kərəm Həsənovun adamlarının Şirvanda 20 hektar torpaq əməliyyatı

 

 
   
 

bitmap-img6

 

 

 
Şirvan şəhərində 20.5 hektar torpaq sahəsi Daşınmaz əmlak komitəsi tərəfindən mənimsənilib. Beləki, uzun müddətdir ki Şirvan şəhər sakinləri fərdi yaşayış yeri üçün torpaq sahəsi almaq məqsədilə Şirvan şəhər Bələdiyyəsinə müraciətləri rədd edilir.
Yenixeber.org: Bununla bağlı daxil olan məlumata görə, vətəndaşlara Daşınmaz Əmlakin Kadastr və Ünvan Reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 13 saylı Şirvan layihə Tədqiqat idarəsi tərəfindən ancaq “İmtina” rəyi verilir. Verilən “İmtina”- nın səbəbini soruşduqda isə, sözü gedən idarə tərəfindən Şirvan şəhərində Bələdiyyə ərazisində şəhərin perspektiv inkişaf fondu daxilində “Örüş” torpaqları olduğu bildirilir.
Araşdırmalar zamanı öyrəndik ki, 2017-ci ilin fevral ayında Kadastr və Yerquruluşu Layihə Tədqiqat idarəsi Əmlak məsələləri Dövlət komitəsi haqqında əsasnamənin 2.0.6-cı bəndini kobud şəkildə pozaraq, Şirvan şəhəri üzrə yaşayış Məntəqələri torpaqlarının kontur sərhədlərini özbaşına dəyişməklə Hektarlarla örüş torpaqları yaratmışlar. Bu da, ərazidə , yəni Şəhərin F.X.Xoyski küçəsində vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan 20.5 hektar torpaq sahəsinə böyük problem yaradır. Məsələ ilə bağlı bildiririk ki, Şirvan şəhərində fərdi yaşayış evləri üçün nəzərdə tutulan Hektarlarla torpaq sahəsinə, kimlərin tapşırığı ilə “Örüş” torpaqlarının necə peyda olunmasının səbəbini bilməsəkdə, təkcə bunu bilirik ki Əsasnamənin qeyd olunan bəndi tələb qoyur ki, Dövlət, Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə, torpaqların elektron daşıyıcısında hər hansı bir dəyişiklik olarsa dərhal Prezident Adminstrasiyasına arayış təqdim olunmalıdır. Şirvan şəhərinin Baş planınında isə sözü gedən “Örüş” sahəsi olan torpaqlar, yaşayış məntəqələri torpaqları kimi göstərilmişdir.
Buradan belə nəticəyə gəlmək olar ki, şəhərin F.X.Xoyski küçəsində 20.5 hektar fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsinin təyinatı, Əmlak məsələləri Dövlət komitəsinin aidiyyatı qurumları tərəfindən özbaşına dəyişdirilərək,” Örüş” torpaqları kimi göstərilmişdir. Əmlak məsələləri üzrə Dövlət komitəsinin sədri Cənab Kərəm Həsənovun bu işlərdən xəbərdar olub olmadığını bilmirik, amma Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarından da göründüyü kimi “Şirvan şəhərinin mövcud hüdudlarından kənarda olan kənd təsərrüfatı təyinatlı torpaqlar”ı, gətirib əhalinin və vətəndaşların yaşadığı əraziyə salınması heç cür başadüşülən deyil…(cumhuriyyet.)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam