Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"“Azercell” ölkənin ən yarıtmaz xidmət edən firmasıdır"-İlin əvvəlində professorun atdığı replika indidə aktualdır

 

          

Hələ ilin əvvəlində tanınmış professor Qulu Məhərrəmli feysbukda “Azercell” mobil operatorun fəaliyyətini kəskin tənqid etmişdi

Yenixeber.org: Onun sözlərinə görə, “Azercell” ölkənin ən yarıtmaz xidmət edən firmasıdır:

“Azercell” ölkədə ən soyğunçu, ən yarıtmaz xidmət göstərən, müştərilərini addımbaşı aldatmağa çalışan, ən müxtəlif və nalayiq üsullarla əhalinin cibinə girən, faktiki olaraq quldurluq edən mobil operatordur”.
Lakin nə o zaman də də indi “Azercell”-ə qarşı ittihamlar və iddialar bitib tükənmir

Əksəriyyət "Azercell” abunəçisi bu mobil operatorun internet xidmətlərinin bərbad hala düşdüyündən şikayətlənir, bəziləri isə internet tariflərinin həddən çox yüksək olduğunu bildirir. 

Şirkətin bu sahə üzrə fantastik qiymətləri sadə müştərilərlə yanaşı, ekspertlərin də diqqətini çəkib.
“Azercell”in “Lte” adı ilə təqdim etdiyi 4G internetinin sürəti ancaq insanlarda əsəb gərginliyi yaradır.
Təəssüf ki, tənzimləyici qurum və istehlakçıların hüquqlarını qoruyan müvafiq Dövlət Xidməti də ya bu məsləyə etinasızdır, ya da maraq toqquşmaları var.
Bir qədər əvvəl mediada gedən xəbərlrə görə ,"Azercell”-dən nömrənizə, xüsusən də işinizə, maraq dairənizə görə mesajlar gəlirsə, deməli sizin mobil operatorunuz şəxsi məlumatlarınızı müxtəlif şirkətlərə ötürüb. Ən pisi isə odur ki, məlumatların ötürüldüyü şirkətlər tamamilə xairci şirkətlərdir. Bu şirkətlər arasında ən bəlalısı isə “NovoMedia”dır. Necə deyərlər, tutdusa, buraxmır. Sözügedən şirkətlə “Azercell”in əməkdaşlığı hansı səviyyədədir deyə bilmərik, amma “NovoMedia” vasitəsilə qoşulduğunuz oyun proqramları varsa, xilas olmaq çox vaxtınızı alacaq deməkdir. 
Redaksiyamıza şikayət edənlərin ən çox verdiyi və bizimdə "Azərcell"-ə ünvanladığımız sual budur:
Digər operatorlar fəaliyyətini inkişaf etdirdiyi halda, “Azercell” niyə məsələn, ötən ay olduğu kimi internetin sadəcə qiymətini qaldırmaqla kifayətlənir?
Bu mobil operator şirkəti özünün bazardakı hökmran mövqeyindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda, Azərcell bazardakı oliqopol mövqeyindən yararlanaraq mobil internet tariflərini yüksək saxlayaraq abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar. 
Hələlik bu mobil operatorla bağlı neqativ halların cüzi hissəsi haqda yazdıq. Redaksiyamıza daxil olan şikayətlərin çoxluğunu və şikayətlərin rəngarəngliyini nəzərə alaraq mövzunu davam etdirəcəyik.
Bir qədər əvvəl mediada göründüyü kimi məşhur saytlardan biri "Azercell”-in bütün bu fırıldaqalrına qarşı "üsyan bayrağı"-nı qaldıraraq ,"Azercell”-in iç üzünü açıb ortaya qoymuşdu. Medianı necə və hansı pulların hesabına susdurulduğu isə ayrı bir mövzudur. Onuda araşdırıb sizin nəzərinizə çatdıracağıq. Bu günə qədər sosial şəbəkələrdə "Azercell” xeyriyyə adı altında şoularıda bizim cibimizdən oğurlanmış pulların hesabına imiş.
İlin axırıdır amma və lakin vəziyyət elə ilin əvvəlində olduğundan heç də ürəkaçan deyil!
Elektron poçtumuza "Azercell”-in müştərilərin başlarına açdığı oyunlarla bağlı şikayətləri araşdırmaqda davam edirik.(teref.az)
Bizimlə olun.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam