Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Azərbaycanda bir ildə 11 mindən çox insan xərçəngə yoluxub

Azərbaycanda bir ildə 11 mindən çox insan xərçəngə yoluxub

Ötən il Azərbaycanda bədxassəli yenitörəmə diaqnozu ilk dəfə qoyulmuş xəstələrin sayı 11192 nəfər olub


Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 45756 nəfərdir.
Ötən il ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan xəstlərdən 5415 kişi, 5777 qadındır. 0-13 yaş aralığında 99 nəfərə, 14-17 yaş aralığında 31 nəfərə, 18-29 yaş aralığında 279 nəfərə, 30-34 yaş aralığında 250 nəfərə, 35-39 yaş aralığında 380 nəfərə, 40-59 yaş aralığında 5 121 nəfərə, 60 və daha yuxarı yaşda isə 5 032 nəfərə ilk dəfə bu xəstəliyin diaqnozu qoyulub. 

Xəstələr arasında ən çox süd vəzisinin (1 967), traxeya, bronx, ağciyərin (1 304) , mədənin (1 235), qida borusunun (469) bədxassəli şişinə rast gəlinir. 

Qeyd edək ki, 2016-ci ildə 10 807 nəfərə, 2015-ci ildə isə 10 183 nəfərə ilk bədxassəli şiş dianqozu qoyulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam