Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“FOOD-MARKET”İN SAHİBİ QURD ÜRƏYİ YEYİB-ŞOK FAKT-VİDEO-YENİLƏNDİ

“FOOD-MARKET”İN SAHİBİ QURD ÜRƏYİ YEYİB-ŞOK FAKT-VİDEO-YENİLƏNDİ

 

…Bu marketdə satılan bahalı konfetlərin içərisindən qurd çıxır…
…Son statistik məlumatlardan bəlli olur ki, manatın devalvasiyası hələ başımıza çox oyunlar açdıracaq. Bütün sahələrdə bahalıqdır, istər yeyinti sahəsində, istər tikinti və xidmət sahələrində, istərsə də sadalamaqla zaman itirmək istəmədiyimiz digər sahələrdə… Bu yaxınlarda benzinin qiymətinin birdən-birə 70 qəpikdən 90 qəpiyə qaldırılması bu bahalaşmanı bir az da sürətləndirdi. Bir sözlə, bahalaşma iri addımlarla irəliləyir, bircə sahədən başqa: insanlara, daha doğrusu, istehlakçılara hörmət və qiymət bahalaşmır!!!

Bakıda qurd ürəyi yeyən market sahibi 

Mətləbə keçək: adətən qiymətlərin bahalaşqması keyfiyətə düz mütənasib olmalıdır. Amma hiss olunur ki, bu «Food-Market»ə aid deyil. Bu gün «Təzadlar» qəzeti redaksiyasına gələn hüquqşünas S.Əzizli istehlakçı hüququna hörmət əlaməti olaraq bu marketdən şikayətini bildirdi. O, qeyd etdi ki, o, iş yoldaşları ilə Bakıda iş yerinə yaxın olan (Atatürk prspekti-50, Ayna Sultanovanın büstünün yaxınlığında, Vergilər Departamentinin (market sahibi deyəsən, həqiqətən də qurd ürəyi yeyib) beş metrliyində) «Food-Market»ə daxil olaraq oradan şəkildə təsvir edilən konfet alıblar. Və iş yerində həvəslə çay süfrəsi ətrafında bu konfetdən yemək istəyiblər. «…Konfetin bükümünü açanda isə gözlərimizə inanmadıq. İçərisindən iri qurd bizə tərəf hücum çəkməyə başladı… Hiss olunurdu ki, qurdu şirin-şəkər yerindən və yuxusundan eləmişdik… Biz şokda idik. Bu qədər də məsuliyyətsizlik, istehlakçıya qarşı hörmətsizlik olardımı? Konfetin tamına baxanda isə kifli, köhnəliyi məlum oldu. Sadəcə, ortada vaxtı keçmiş, istehsal tarixi köhnə olan konfeti alıcılara sırımaq məqsədi var idi… Odur, istərdik ki, bu məsələni ictimailəşdirəsiniz ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu marketlə bağlı son sözünü desin. Bu ərazidə artıq ikinci belə marketdir ki, konfetdən qurd çıxır. Biz ötən il də sizə belə bir fakt üzrə şikayət məktubu göndərmişdik. Xahiş edirik, istehlakçı hüququmuzun qorunmasında bizə dəstək olasınız…».

“FOOD-MARKET”İN SAHİBİ QURD ÜRƏYİ YEYİB-ŞOK FAKT-VİDEO-YENİLƏNDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işə qarışmasa…

Bilirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti belə məsələlərə qarşı sərt tədbirlər görür. Məsələ ilə bağlı xidmətin 498-15-01 və 498-15-04 nömrəli telefonlarına zəng etsək də hələki əlaqə qura bimlməmişik. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə əlavə elektron məlumat veriləcək.
«Təzadlar» içərisindən qurd çıxan konfetin video və foto kadrlarını Xidmətin elektron poçtuna göndərdi. Amma inanırıq ki, görülən tədbirlərlə bağlı redaksiyaya və şikayətçiyə cavab veriləcək. Elə olmasın ki, şikayətçi və qəzet olaraq biz sonda mərdimazar rolunda çıxış edən kimi olaq. Çünki hesab edirik, bu marketin sahibi gerçəkdən qurd ürəyi yeyib. Elə olmasaydı onun dükanında satılan məhsulların içindən qurd çıxmazdı…
Mövzuya qayıdacağıq.
AZAD

“FOOD-MARKET”İN SAHİBİ QURD ÜRƏYİ YEYİB-ŞOK FAKT-VİDEO-YENİLƏNDİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam