Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Elgün Həbibullayev icazə verib? Nərimanov rayonunda növbəti qanunsuz tikinti-FOTOFAKT

Bir müddət əvvəl xəbər vermişdik ki, Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almağa başlayıb.

Yenixeber.org: Rayonun bir sıra yerlərində bu hallar daha açıq şəkildə müşahidə olunmaqdadır.
Belə ki, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilib. Bundan başqa, Nərimanov rayonu, Mirzə Uluqbəy və Faiq Yusifov küçələrində də analoji durum yaşanır.
Amma məsələ orasıdır ki, bunca ictimailəşməsinə baxmayaraq, Nərimanov rayonunda qanunsuz obyektlərin tikintisi prosesi dayanmayıb.
Ötən gün daha bir qanunsuz tikinti işinin üstü açılıb. Bu dəfə qanunsuz tikinti işlərinin aparılması Nərimanov rayonunun Təbriz küçəsində qeydə alınıb. Orada iri ticarət obyekti inşa edilir.
Aydın məsələdir ki, bu prosesdən Nərimanov rayon İcra Hakimiyyəti və digər səlahiyyətli qurumların xəbəri var. Əgər xəbərləri yoxdursa, o zaman nəyəsə görə göz yumublar.
Maraqlıdır ki, Nərimanovun icra başçısı Elgün Həbibullayev bu cür ciddi hadisələri görməzdən gəldiyi halda, balkonuna bir mismar vuranı daha tez görür. Deyə biləcəyimiz isə odur ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Həbubullayev isə buna əhəmiyyət vermir, göstərişə əməl etmir və öz bildiyi kimi davranır.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.(tribunainfo.az)

media-1media-2media-3media-4


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam