Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

 

Mütəmadi olaraq qalmaqallı xəbərlər və vətəndaşların hüquqlarını pozması ilə gündəmə gələn “Pilot-16” tikinti şirkəti narazılıq yaratmaqda davam edir. “Eleven Residence” yaşayış kompleksi tikməyə çalışdığı Nəsimi rayonu, Novruzov qardaşları küçəsinin bir qrup sakini məlumat verib.

Yenixeber.org: Onların sözlərinə görə, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə heç bir danışığa getmədən, müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında zorla 100 ilə yaxındır yaşadığı evlərdən çıxartmağa çalışır. Sakinlər bildirirlər ki, qalmaqallı şirkət bu məqsədlə Nəsimi rayon məhkəməsinə müraciət edib.

Sözügedən məhkəmədə keçirilən ilk iclas prosesində bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda, hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb.

İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyyə verib.

Sakinlər qeyd edir ki, uzun müddətdir ərazidə etdiyi qanunsuzluqlara baxmayaraq cəzalandırılmayan şirkət bundan güc alaraq məhkəmənin də tövsiyyəsini heçə sayır. Şirkət nümayəndələri müxtəlif dairələrdə məhkəmə prosesinin artıq həll olunduğu, sakinlərlə danışığa ehtiyac olmadığı haqqında rəy yaratmağa çalışır. Sakinlər “Pilot-16” tikinti şirkətinin bir qrup vətəndaşı zorla evindən çıxartmaq istəyi ilə bağlı ölkə rəhbərliyindən dəstək xahiş edir. (Editor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam