Redaktor seçimi
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... -
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Günün xəbəri

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir? -İLGİNC FAKTLAR

Yenixeber.org: Ötən ilin oktyabrında Respublika Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlanması ilə bağlı məlumat yaydı. Məlumatda auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan bir çox qurumlarda yol verilən qanunsuzluqlara toxunulub. Burada diqqət çəkən məqam dövlət satınalmaları ilə bağlıdır.

Məlumatda qeyd edilir ki, nazirliyin qurumlarında satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.

Bunlar Hesablama Palatasının Gənclər və İdman Nazirliyinin və onun tabeliyindəki bilavastə tikinti layihələrinə cavadeh olan qurumların auditi zamanı aşkarlanıb. Maraqlıdır, Gənclər və İdman Nazirliyinin regional idarələrində bu tip yoxlamalar aparılsa nə kimi qanunsuzluqlar ortaya çıxa bilər? Düzdü son dövrlər sözügedən nazirliyin regional idarələrinin bəzi rəhbərlərinin adı rüşvətxorluqda hallanıb və bununla bağlı qanun çərçivəsində lazımı tədbirlər həyata keçirilib. Amma Gənclər və İdman Nazirliyinin regional idarələrində dövlət vəsaitlərindən səmərəli istifadə olunmaması, korrupsiya əməllərinə yol verilməsi, iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr  saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz  hallar hələ də mövcuddur. Necə ki, nazirliyin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində də bu kimi hallara yol verilir.

Rəsmi məlumatlrda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli Sərəncamından sonra Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında yaradıldığı bildirilir. Ötən ilin iyulunda Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən idarə Nəcəf Novruzova həvalə edilib. Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Nəcəf Novruzovun rəhbərliyi ilə şimal bölgəsinin rayonlarında gənclər və idman siyasəti hansı səviyyədə həyata keçirilir? Elektron mediada bölgədə təşkil olunan bir neçə turnirdən başqa məlumat yoxdu. Amma rəsmi mənbələrdə geniş məlumatlar var.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum oldu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalmaların təşkili qanunla müəyyən olunmuş qaydada həyata keçirilməyib. Araşdırma zamanı müəyyən olundu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası tərəfindən 31.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2023-cü ilin alınması nəzərdə tutulan satınalma planları açıqlanmışdır. Satınalma planlarına 2 kotirovka sorğusu daxil edilmişdir.

Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay müddətində

Qusar rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay  ərzində

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən 2023-cü ildə yuxarıda göstərilən kotirovka sorğularından dövlət satınalmalarının vahid internet portalında iddiaçılara yalnız 1 lot üzrə (e-kotirovka) elektron dəvət elanı vermişdir. Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – 01.11.2023-cü il tarixdə. Kotirovka sorğusunun şərtlər toplusunda zərflərin açılış tarixi və vaxtı 17.11.2023-cü il tarixə müəyyən edilmişdir. Buna baxmayaraq sözügedən kotirovka sorğusunun nəticəsi barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilməmişdir.

Amma Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə bir kotirovka sorğusunun nəticəsini açıqlamışdır. Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – “KASKAD-DEN GROUP”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.270  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 01.12.2023-cü il tarixdə açıqlanmışdır. Amma bu kotirovka sorğusu üzrə iddiaçılara heç bir elektron dəvət elanı verilməmişdir.

Buradan suallar yaranır: Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə  iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilmişsə, müəyyən olunmuş vaxtda satınalması keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası 2023-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirməmişdir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Xüsusilə bildirmək istərdik ki, Nəcəf Novruzov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olduğu dövrdə də satınalmaların təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini ictimaiyyətə açıqlamamışdır. İdarə tərəfindən 2022-ci ildə idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlərin satınalması üzrə qalib seçilmiş “BONNET AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.550 manat məbləğində satınalma müqviləsi bağlanılmışdır. Adıçəkilən MMC bundan başqa heç bir satınalmada iştirkçı olmamış, hazırda isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilib və 6098.16 manat vaxtında ödənilməyən vergi borcu var. Bu da Nəcəf Novruzovun rəhbərliyi dövründə Nərimanov rayon Gənclər və İdman İdarəsinin şübhəli MMC ilə işbirliyində olduğunu deməyə əsaslar verir.

Qeyd edək ki, Nəcəf Novruzov deputat Siyavuş Novruzovun qardaşı oğludur. O, uzun müddət Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olmaqla bərabər, həm də Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb.(Aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam