Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Göyçay Suvarma Sistemləri İdarəsi ilə “ATF” MMC-ni nə bağlayır? -Zaur Mikayılova MÜRACİƏT

 Yenixeber.org: Redaksiyamıza Göyçay rayon sakinləri tərəfindən növbəti müraciət daxil olub. Bu dəfə də, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudovun qanunazidd əməllərindən bəhs olunur. Biz Yenixeber.org olaraq bu iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik... Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik: 
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudovun korrupsiya əməlləri bitib, tükənmir. Orxan Mahmudov az müddətdə o qədər qanunsuz işlər görüb ki, cinayət əməlləri bitib, tükənmir.
Göyçay rayon Suvarma Sistemləri İdarəsinə ayrılan yanacaq məhsulları (benzin və dizel) satılması üçün şəhərin dörd yol ərazisində yerləşən “Göyçay” adlı Yanacaq Doldurma Məntəqəsinə verilir. Hansı ki, həmin yanacaq dövlət tərəfindən Göyçay Suvarma Sistemləri İdarəsinə məxsus texnikaların idarə edilməsi üçün verilir. Orxan Mahmudov isə dövlət vəsaitini çəkinmədən talan edib, mənimsəyir. Nəticə isə göz qabağında-suvarma kanalları təmizlənmir, intensiv yağan yağışlar nəticəsində arxlar dolub-daşır insanlar, sel təhlükəsi ilə üz-üzə qalır.
Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus bir neçə texnikanı qanunsuz olaraq yol tikintisi ilə məşğul olan “ATF” MMC-nin sərəncamına vermişdir. Bunun müqabilində isə hər bir texnikaya görə aylıq 3000 (üç min) manat pul alır. “ATF” MMC-nin sərəncamına 3 ədəd bahalı ekskavatorlar verilmişdir.
Orxan Mahmudov gözdən pərdə asmaq üçün rayonda bir-iki su kanalını təmizlətdirir ki, yoxlama olanda nümunə kimi göstərsin. Qalanlarında isə lildən, kol-kosdan su keçməməzliyi yaranıb.
Bu vəzifənin ona həvalə edilməsi üçün Orxan Mahmudov icra başçısı Natiq Ağayevə onun birinci müavini olmuş İkram Vəliyevin vasitəsi ilə küllü miqdarda pul vermişdir. Buna görə icra başçısı Natiq Ağayev gözü kölgəli olduğu üçün ona heç bir söz deyə bilmir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovdan xahiş edirik ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsində obyektiv yoxlama aparılıb, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam