Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə insan haqlarını özü pozur -ŞİKAYƏT

Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə özü kobud şəkildə əməkdaşlarının hüququnu pozur. İnstitun görkəmli alimləri işdən uzaqıaşdırılır adi dissertantlar şöbə müdiri təyin olunur. Bu özbaşnılığa və hüquq pozuntusuna məruz qalmış alim Şəlalə Həsənova müraciət edərək qeyd edib.
Yenixeber.org: Sözügedən şikayəti olduğu şəkildə təqdim edirik:
Mən Şəlalə Şakir qızı Həsənova 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının yeni cinayət məcəlləsi üzrə yetkinlik yaşına çatmayanların məsuliyyətdən azad edilməsinin problem məsələləri» adlı hüquq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 04 iyul 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini təsdiq edən diplom almışam. 03 iyul 2013-cü il tarixdə mənə dosent elmi adı verilmişdir.
2005-ci ildən 12.06.2008-ci il tarixinə kimi AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda «Cinayət hüququ və cinayət prosesi» şöbəsində böyük elmi işçi və 17 yanvar 2020-ci ildən 31 dekabr 2022-ci ilədək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.
«İqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizənin cinayət hüquqi və kriminoloji problemləri (nəzəriyyə və praktika)» mövzusunda doktorluq dissertasiyam 05 aprel 2007-ci il tarixdə İnstitutun Elmi Şurasında təsdiq edilmişdir. Hazırda həmin mövzu üzrə tədqiqatlarımı davam etdirirəm.
Beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edirəm, elmi məqalələrim xaricdə və ölkə daxilində bir sıra nüfuzlu jurnallarda dərc edilir. 54 elmi məqalənin və iki monoqrafiyanın müəllifiyəm.
Naxçıvan, Qərb, Qafqaz və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuşam. Azərbaycan Jurnalıstlər Birliyinin üzvüyəm.
Qafqaz Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və Politologiya fakültələrində bakalavr və magistr pillələri üzrə buraxılış işi müdafiələrinin sədri olmuşam.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdində yaradılmış birdəfəlik Dissertasiya Şurasının elmi katibi, daha sonra isə həmin İnstitutda 22 iyun 2009-cu il tarixli 152 saylı əmrə əsasən fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, həmçinin «Gənc alimlər» şurasının sədr müavini olmuşam. Hazırda hüquq üzrə fəlsəfə doktoru hazırlığı üzrə bir dissertanta elmi rəhbərliyi həyata keçirirəm.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsi Tədris Mərkəzində keçirilən ixtisasartırma kurslarında dəfələrlə təlim keçirmişəm.
18 mart 2009-cu il tarixində keçirilən referendumda «Zəka» təşviqat qrupunun vəkili olaraq təbliğat işləri ilə məşğul olmuşam.
14.08.2015-ildən Rusiya Federasiyasının Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvü olmuşam.
05 yanvar 2023-cü ildən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tabeliyində Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin “Hüquqi tədqiqat” şöbəsində hüquq tədqiqatçısı vəzifəsində çalışırdım.
Cari ilin yanvar ayında “Hüquqi tədqiqat” şöbəsinin əməkdaşı Fərid Ələkbərov şöbədə təlim keçirirdi. Təlimdə İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov da iştirak edirdi. İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin əməkdaşı İsmayıl Musayev bizim təlimdə iştirak edirdi. Dəfələrlə təkidlə ingilis dilini yaxşı bilməyən əməkdaşlara tapşırıq verilməsin, onlar “HUDOC” platformasında işləyə bilməzlər deyirdi və onu Qələndər İsbəndiyarov da dəstəkləyirdi. Onun təkidi məni özümdən çıxardı.
“Ay oğlum mən alim olanda siz bağcaya gedirdiniz. Mənim də sizin yaşlarda oğlum var. (İsmayil Musayevin iddia etdiyi kimi onu təhqir etdiyimi hesab etmirəm. Çünki mənim 22 yaşında oğlum var). Mənim nəyi bilib, nəyi bilmədiyimi siz hardan bilə bilərsiniz” deyərək etiraz etdim. Etirazlarıma ingilis dilini mükəmməl bilmədiyi üçün institutun keçmiş əməkdaşı Sevinc Hüseynova da qoşuldu. Təlimin gedişində Günay Əliyeva və h.e.d. Səidə Həsənzadə mənə baxaraq, dəfələrlə qeybət edib gülürdülər. 
Günay Əliyevaya nəyə güldüklərini soruşanda böyük səs-küylə üzərimə gəldi və hər ikimiz töhmət aldıq. Təəssüflər olsun ki, bu hadisənin əsas səbəbkarları olan İsmayıl Musayev və Qələndər İsbəndiyarov barədə heç bir tədbir görülmədi. 
Carı ilin mart ayında institutun keçmiş əməkdaşı Sevinc Hüseynova, Qələndər İsbəndiyarov və Fərid Ələkbərov arasında mübahisə oldu. Sevinc Hüseynova həmin ərəfədə mənə yaxınlaşaraq Qələndər İsbəndiyarovun mənim barəmdə və Səidə Həsənzadəyə yaxınlaşaraq yoldaşı barədə nalayiq ifadələr işlətdiyini söylədi.
İnstitutun kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev məni yanına çağıraraq “töhmətin var, çalış bu məsələlərdən üzaq dur” dedi. Mən İsaməddin Xamoyevin “uzaq dur” dediyinə görə haqqımda nalayiq ifadələr işlədən Qələndər İsbəndiyarov haqqında izahat yazmadım. Qələndər İsbəndiyarov müqavilələr bağlanılan zaman dəfələrlə İnstitutun İdarə Heyətinin sədrinə zəng edib müddətsiz müqavilə bağlanması üçün təhdidlər edirdi.
İnstitutun İdarə Heyətinin sədrini və sənədlərlə iş şöbəsinin rəisi Klavdiya Qəmbərovanı nalayiq ifadələrlə təhqir edirdi. Məhz bunun nəticəsində institutda işləyən alimlik dərəcəsi olan işçilərlə deyil, yalnız Qələndər İsbəndiyarovla müddətsiz müqavilə bağlanıldı.
Aprel ayının 5-i sınaq müddəti başa çatdı. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iclasda 5 nəfərlə sınaq müddəti ilə bağlı təkbətək görüş keçiriləcəyini söylədi. 
Buna baxmayaraq töhmət alanlardan heç biri ilə təklikdə görüş keçirilmədi. İnstitutun İdarə Heyəti sədrinin köməkçisi Cəmilə Əbusətova şöbəyə zəng edərək mənə könfrans zalına qalxmağımı söylədi. Konfrans zalında məni kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev gözləyirdi.
İsaməddin Xamoyev mənə “mən bu məsələni Klavdiya Qəmbərova və Samirə Qaramollayevanın yanında danışa bilərdim. İstəmədim kimsə bilsin. Siz də çıxanda şöbədə məlumat verməyin.
Şəlalə xanım Sevinc söhbətində adınız hallanır, bu məsələni necə edək, necə düşünürsüz” söylədi. “Rəhbərlik bu qənaətə gəlib, siz yazırsız, rəhbərlik yazsa istənilən halda maddə ilə əsaslandıra bilər”. Mən böyük bir təəccüblə o məsələləyə qarışmadığımı, izahat yazmadığımı, İdarə Heyətinin sədri ilə görüşmək istədiyimi söylədim. İnstitut rəhbəri ilə görüşdüm.
Ona əmrimiz veriləndən institutun nüfuzunu yüksəltmək üçün iki hüquq elmlər doktoru Kamran Behbudov və Fərhad Mehdiyevi dəvət edərək yüksək səviyyədə beş təlim təşkil etdiyimi söylədim. (Mənə görə təlimlər tamamilə təmənnasız keçirilirdi).
Gördüyüm bütün işlərin (Keçirdiyim təqdimatın, hazırladığım hüquqi rəylərin, Avropa Insan Hüquqları Məhkəməsinin qərarları üzrə məlumatların) hamı tərəfindən bəyənildiyini söylədim. İnstitutun rəhbəri tək kəlmə belə kəsmədi. Xidməti otağından çixanda “Ramazan ayıdı, oruc tutmuşam. Haqsızlıq etməyin, övladlarınızın qarşısına çıxa bilər” dedim. 
Şöbəyə düşərək şok vəziyyətində başıma gələnləri danışdım. İşdən çıxıb evə gedəndə Samirə Qaramollayeva (05 aprel 2023, saat 17:14, telefonun tarixcəsində öz əksini tapır) mənə zəng etdi.
“İsaməddin müəllim zəng edir niyə cavab vermirsiz” söylədi. Mən başıma gələnləri yolda yoldaşıma danışdığımı, zəngini eşitmədiyimi söylədim. “Sizinlə danışmaq istəyir. Məndən sonra zəng edəcək cavab verin” söylədi. Zəng etdi, cavab verdim. Bu dəfə də mənə “10 gün, 1 ay, 2 ay, iş tapana kimi möhlət istəyə bilərdiz, Səhər gəlin danışaq” (05 aprel 2023, saat 17:15, telefonun tarixcəsində öz əksini tapır) söylədi.
Səhər gəlib görüşəndə “möhlət istəmədiyimi, həyat yoldaşımla əşyalarımı götürməyə gəldiyimizi” söylədim. Dəfələrlə sakitləşim, qalıb işləyim deyə israr etdi. Qarşıda attestasiya olacağını söylədi. 
12 aprel 2023-cü il tarixində güya Fərid Ələkbərov mənim haqqımda şikayət edib. Nə üçünsə bu şikayəti mənə 14 aprel 2023-cü il tarixdə təqdim etdilər və bu məsələnin araşdırılacağını, adları çəkilən bütün şöbə əməkdaşlarının izahatlarının alınacağının gələn həftə baş tutacağını söylədilər. 17 aprel 2023-ci il tarixində kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevə yaxınlaşaraq bu şikayətin qərəzli olduğunu, ikinci töhmət üçün hazırlandığını yəqin etdiyimi və əmrimin verilib, əmək kitabçama söylədiyi naməlum maddənin yazılmasını istədim.
Məni əməkdaşların yanında “qanmaz” adlandırıb təhqir etdi. İşdən azad olunmaq haqqında söhbətin olmadığını söylədi. Təsadüfən növbəti gedişimdə İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova gəldi. İsaməddin Xamoyev işdən azad olunmağım barədə şöhbətin böhtan olduğunu söylədi. (Az öncə söylədiyim kimi telefon danışıqları, İdarə Heyətinin sədri ilə görüşüm sübutdur)
Bu şikayətin qurma olduğunu, öz xahişimlə işdən çıxmadığım üçün əvvəlcədən planlaşdırıldığını düşünürəm. Çünki bir neçə ay öncə Fərid Ələkbərov institutun keçmiş rəhbəri Aytən İnqlab qızı Mustafazadə haqqında “mənə desəydi mən Esmira Orucovanın Əmək Məcəlləsinin bir sıra maddələri ilə qovulmasına kömək edərdim” demişdi. Dediyi məzmunda şikayət mənim üçün hazırlanıb. 
Mənim üçün növbəti töhmətin hazırlanacağını yəqin edib Azərbaycan Respublikasının Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edib (Bilet №A-0134) məlumat verdim. Mənə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovla görüşün altı ay ərzində ola biləcəyini, ilkin qayda olaraq Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevə və Gündüz Kərimova məktubla müraciət etməli olduğumu söylədilər.
Baş verən haqsızlıqlarla bağlı güclü stres keçirdim. Qeydiyyatda olduğum Sumqayıt şəhər, 8-ci miktorayonda yerləşən Poliklinikaya müraciət etdim, hipertonik kriz diaqnozu ilə üç gün müalicə olundum. Vəziyyətim nisbətən normallaşdıqdan sonra bülletenlə işə qayıtdım.
Mərkəz digər bir binaya köçdükdən sonra, mənə rəhbərliyin qərarı ilə otağımı dəyişməyi söylədilər və məni İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun otağına köçürdülər. Araz Abdullasoy çalışdığım “Hüquqi tədqiqat” şöbəsinə müdir təyin olunub, şöbənin ilk iclasını keçirən zaman bu günə qədər şöbədə xoşagəlməz nə baş veribsə keçmişdə qalmasını xahiş etdi.
Fərid Ələkbərov adımı çəkmədən “o adamla axıra kimi varam. Mübarızəmi davam etdirəcəyəm” söylədi. İsaməddin Xamoyevə yaxınlaşaraq iş ahəngi pozulmasın deyə günahim olmasa da öz istəyimlə Fərid Ələkbərova şifahi üzrxahlıq etməyə razı olduğumu söylədim.
16.05.2023-cü il tarixdə İsaməddin Xamoyev iş otağıma yaxınlaşaraq məni Fərid Ələkbərovun otağına dəvət etdi və Fərid Ələkbərova üzrxahlıq etmək istədiyimi söylədi. 
Fərid Ələkbərov üzrxahlıq qəbul etmədiyini və mübarizəsini dava etdirmək istədiyini söylədi. Fərid Ələkbərovun bu haqsızlıqlarına son qoyulsun deyə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ilə görüşmək istədim, köməkçisi Cəmilə Əbusətova hər zamankı kimi hazırda məni qəbul edə bilməyəcəyini söylədi. İsrarla içəri daxil oldum.
Qarğış etmədiyim halda Məhəmməd Quluzadə ayağa qalxaraq “uşaqlarıma qarğış etmisən deyərək” əl-qol hərəkətləri ilə məni otaqdan qovdu. Məni hər gün stres vəziyyətinə salmaları və alçaltmalarına dözməyərək Məhəmməd Quluzadəyə Prezident Aparatına şikayyət edəcəyimi söylədim. Cavabında “Get hara istəyirsən de” söylədi.
Məlum hadisələrdən sonra institutda dəfələrlə haqsızlığa uğramışam. Avropa Insan Hüquqları Məhkəməsinin otuz iki qərarı üzrə kompleks məlumatları hazırlamağıma baxmayaraq təlimə dəvət almadım. Institutda keçirilən təlimə bu qərarlarla bağlı heç bir tapşırıq icra etməyən bakalavr təhsilli hüquq redaktoru Günay Əliyeva, bu qərarlarla bağlı heç bir iş təqdim olunmayan Səidə Həsənzadə dəvət alıb iştirak etdilər.
Dəfələrlə məqalələrim dərc olunsa da institutun internet saytında paylaşılmasına rəhbərlik icazə vermədi. Nə üçün yuxarıda qeyd etdiyim əməkdaşlar dəfələrlə təhdid, təhqir etdikləri halda (rəhbərliyin məlumatı var, nə üçün bəs onlarla qarşı tədbir görülmür sualını verdiyimdə, görüləcək cavabı verilsədə, heç bir tədbir görülmür) təlimlərdə iştirak edir, məqalələri dərc olunur. 
Fərid Ələkbərov ixtisasca hüquqşünas deyil. Necə olur ki, Hüquq və İnsan Haqları Institutunda Hüquqi Tədqiqat şöbəsində Hüquq tədqiqatçısı vəzifəsində çalışır. 

   Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il 1685 saylı fərmanına əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir. Belə olan halda AMEA Hüquq və İnsan Haqları İnstitutunda müddətsiz əmək müqaviləsi ilə işləyən alimlik dərəcəsi olan əməkdaşlar hansı əsasla sınaq müddəti ilə işə götürülür. 
Bundan əlavə Məhəmməd Quluzadə hansı maraqlara görəsə görkəmli alimləri səbəbsiz işdən çıxarır,dissertantları şöbə müdiri təyin edir.Məsələn dissertant Araz Abdullasoyu çalışdığım Hüquqi tədqiqat şöbəsinə müdir təyin etmişdi.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunandan əməkdaşların böyük əksəriyyəti məcbur edilib öz xahişi ilə işdən azad olunub. Onların bir qismi qanunsuz, əsassız olaraq, müddətsiz müqavilə bağlamalı olduğu halda işdən azad edilir. Digər qismi isə stresli iş rejimindən bezərək işdən gedirlər.
İnstitutun əməkdaşlarından Elvira Kazımova, Aygün Əliyeva rəhbərliyin təziqi altında öz xahişi ilə işdən azad edilmələri barədə ərizə yazmağa məcbur edilənlərdəndirlər. Elvira Kazımovanın şikayəti əsasında məkhəməsi 18.05.2023-cu il tarixində keçiriləcəkdir. Hər bir halda hamıya öz xahişi ilə getməsi barədə ərizə yazdırılır. 

Yaxşı, stressiz iş yerindən, düzgün idarə edilən təşkilatdan dörd ay ərzində əməkdaşlar nə üçün getməlidir?

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun, İdarə Heyətinin sədr müavini Natavan Rüstəmovanın, kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevin heç birinin idarəçilik qabiliyyəti yoxdur. Bu insanlar yalnız izahat və töhmət işi ilə məşğuldurlar. Mən pis işçiyəmsə 18 il elmi və pedoqoji fəaliyyətim döründə nə üçün hətta şifahi xəbərdarlıq belə almamışam?

Şəhid və qazi ailələrinə, təhsil haqqını ödəyə bilməyən tələbələrə imkanım daxilində köməklik edirəm. 

Rəhbərliyin davamlı təzyiqlərinə məruz qaldığım üçün, eyni zamanda qanuna zidd olaraq işdən azad olunmağım barədə əmr verilməmiş mənim institutun binasına buraxılmamağım barədə götəriş verildiyinə görə və əmək kitabçama hər hansı bir əsassız maddə ilə ləkə düşməsin deyə məcbur qalıb 17.05.2023-cü il tarixində mən də məcburən işdən azad olunmağım barədə başqa məcbur qalanlar kimi öz xahişimlə ərizə yazdım.(azerbaycanreallığı.com)

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam