Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda su problemi necə həll oluna bilər?

Yenixeber.org: Millət vəkili enerji sektoru, ətraf mühitin mühafizəsi, meliorasiya və su təsərrüfatında, o cümlədən içməli su təminatı ilə mövcud vəziyyətlə bağlı məlumat verib, həmçinin təkliflərini sələndirib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı və dayanıqlılığı gücləndirilib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan artıq elektrik enerjisinin ixracı sahəsində mühüm tərəfdaşa çevrilib, yalnız region ölkələrinə deyil, Avropa ölkələri ilə də elektrik enerjisi ixracı üçün əməkdaşlığa başlanılıb. Millət vəkili xatırladıb ki, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya çatdırılması məqsədilə yeni ixrac xətlərinin tikintisi üçün araşdırmalara başlanıb və bu istiqamətdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb. “Daha yaxşı nəticələr əldə etmək üçün qanunvericilik bazası üzərində mühüm işlər də davam etdirilir”, - deputat vurğulayıb.

Daha sonra faktlara nəzər salan S.Qurbanov deyib ki, elektrik enerjisinin istehsalı və istehlakçılara çatdırılmasında səmərəliliyin diqqət mərkəzində saxlanılması nəticəsində, 2022-ci ildə itkilər 8.74 % olmaqla 2021-ci illə (8.9 %) müqayisədə 0.16 % azalıb: “2022-ci ildə “Azərenerji” ASC üzrə 1 kVt·st elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2021-ci illə müqayisədə 259.4 q/kVt·st -dan 258.8 q/kVt·st -a qədər (0.6 q/kVt·st) azalıb ki, bu da 14.6 min ton şərti yanacağa qənaət deməkdir”.

Komitə sədri diqqətə çatırıb ki, 2022-ci ildə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində də məqsədyönlü təqdirəlayiq tədbirlər həyata keçirilib. Bununla belə, millət vəkili deyib ki, strateji məsələlərin köklü həlli istiqamətində fəaliyyətlər üzrə görülmüş tədbirlər və nəticələri haqqında geniş məlumatların hesabat layihəsində əks olunması xüsusi əhəmiyyət kəsb edə bilərdi: “Ümumiyyətlə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət istiqamətlərinin hər biri üzrə dəyişən, inkişaf edən nəticələrin əldə olunması üçün fəaliyyətin, o cümlədən idarəetmənin təkmilləşdirilməsi və koordinasiyasının gücləndirilməsi zərurəti artır. Həmin istiqamətlərə ölkə ərazisində ətraf mühitin çirklənməyə məruz qalan ərazilərində çirkliliyin azaldılmasını və tullantıların səmərəli idarə olunmasını aid etmək olar”.

Sadiq Qurbanov çıxışında meliorasiya və su təsərrüfatı sahəsindəki mövcud duruma toxunub. Deputat xatırladıb ki, son illər iqlim dəyişiklikləri səbəbindən çayların sululuğu kəskin azalıb və su təminatında müəyyən çətinliklər yaranıb: “Azərbaycan 2026 sosial-iqtisadi inkişaf Strategiyasının təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə sənədinə uyğun olaraq təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azaldılacaq və əkinlərin suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatdırılacaq. Bildiyimiz kimi Azərbaycan 2026 sosial-iqtisadi inkişaf Strategiyasında su itkisinin azaldılması hədəf kimi müəyyən edilmişdir. Su ehtiyatlarının az olmasına baxmayaraq, mövcud ehtiyatlardan səmərəli istifadə edilmir. Müxtəlif tədbirlər həyata keçirilməsinə baxmayaraq, su itkisi yüksək olaraq qalır ki, bu, suya qənaət etmək və mövcud su ehtiyatlarından səmərəli istifadə etmək və kənd təsərrüfatında istifadə edilən mütərəqqi və qənaətli suvarma metodlarının və qurğularının əhatə dairəsinin genişləndirilməsini zəruri edir. Nəzərə alsaq ki, bu sahəyə hər il əlavə vəsait ayrılır, məsələn, 2021-ci ilə nisbətdə 2022-ci ildə 4.4% əlavə vəsait ayrılmışdır, lakin nəticələrə o qədər də təsiri olmayıb”.

Komitə sədrinin sözlərinə görə, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, suyun uçotunun düzgün aparılmaması, suyun bölüşdürülməsində və istifadəsində olan çatışmazlıqlar, suyun nəzarətsiz boş yerlərə axıdılması, istehlakçıların suya qeyri-normal münasibəti, lazımı səmərəli infrastrukturun yaradılmaması, bəzi kanalların vaxtında lildən təmizlənməməsi, orta hesabla illik Yuxarı Qarabağ Kanalı üzrə 50-55% intervalında göstərilən su itkisinin daha yüksək olması, bütövlükdə kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir.

Millət vəkili vurğulayıb ki, içməli su üzrə vəziyyət də ürəkaçan deyil: “Belə ki, verilən məlumatlara əsasən respublikanın əsas su anbarlarında 20,8 milyard kub metr ümumi su tutumuna qarşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 543 milyon kub metr çox, yəni 12,4 milyard kub metr həcmində su toplanıb. Yalnız əsasən içməli su təchizatına xidmət edən Taxtakörpü və Ceyranbatan su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 43 və 32 milyon kub metr həcmində az su toplanıb”.

Sadiq Qurbanov daha sonra Səhiyyə Nazirliyinin araşdırmasına diqqət çəkib: “Araşdırmalara görə Kür və Araz çaylarının suyundan istifadə edən, su imkanları məhdud olan 26 rayon ərazisində yerləşən 422 kənddə istismar edilən modul tipli sutəmizləyici qurğularından 402 su nümunəsi müayinə olunmub. Nəticələr belədir: orqanoleptik (qeyri-kafi 26,1%), kimyəvi (qeyri-kafi 25,9%) və bakterioloji (qeyri-kafi 19,6%)”.

Komitə sədri çıxışında daha sonra təkliflərini açıqlayıb: “Cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Azərbaycanda formalaşan suların yığılması məsələsi prioritet olmalıdır və su tutumları, ambarları, dəryaçaları yaradılmalıdır;

Rayon və şəhərlərdə texniki su təminatının yaradılması vacib məsələdir. Yəni içməli su ilə ağac, yaşıllıqlar suvarılmamalıdır. Əhaliyə içməli su bir qiymətə, lakin texniki su ucuz qiymətə verilməlidir. Bu həm də baha başa gələn içməli suyun sərfinin azalması deməkdir;

Texniki su sistemi yaradıldıqdan sonra əsasən şəhərlərdə və rayon mərkəzlərində artıq tullantı sularının emalı və mövcud infrastruktura inteqrasiyasına nail olmaq olar;

Respublika ərazisində içməli suyun keyfiyyətini ÜST nörmalarına uyğunlaşdırmağa nail olmaq lazımdır;

Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının müasir tələblər səviyyəsində yenidən qurulması işlərinə başlanılmasına ehtiyac var;

Ölkəmiz üçün yeganə və əsas içməli su mənbəyi olan Kür çayına kanalizasiya və çirkab suların birbaşa axıdılması məsələsi həll olunmalıdır;

Qlobal dünyada, o cümlədən qonşu ölkələrdə suya olan tələbatın artması ölkəmizə daxil olan su həcmlərinin azalmasına gətirib çıxarır. Bu sahədə qardaş Türkiyə, qonşu Gürcüstan ilə Kür çayının istifadəsi, bioresurslarının qorunması və s. sahələrdə razılaşma imzalanmalıdır;

Ölkənin su təhlükəsizliyinin təmin edilməsi istiqamətində gələcəyə hesablanmış, fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac vardır. Bu sahədə dünya praktikası öyrənilməli və mövcud şəraitə uyğun innovativ tətbiqlər olmalıdır”.

Sadiq Qurbanov təklif edib ki, dost İsrail dövlətində su problemlərinin həlli ilə əlaqədar yüksək səviyyəli mütəxəssisləri itən suların qarşısının alınmasından əldə olunan vəsait hesabına ölkəmizə dəvət edə bilərik.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam