Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Geofizika və Geologiya İdarəsində AİLƏ PODRATI -DE-FAKTO

 "Geofizika və Geologiya İdarəsindən açıqlanan faktı təqdim edirəm. Əgər yazılanlar həqiqəti əks etdirirsə, bu halda Korrupsiya haqqında Qanunun 7-ci maddəsi kobud şəkildə pozulur".
Yenixeber.org: Bunu tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.
Daha sonra qanundan sitat gətirən hüquq-müdafiəçisi qeyd edir:
Maddə 7.Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər".
İndi isə keçək olayın mahiyyətinə: Məlumata görə, M.Qəhrəmanlı işçilərdən birinin təqdim etdiyi məlumatlara söykənərək çox ciddi və müdaxilə zərurəti olan faktları təqdim edib. Hər halda gərəkən qurumların Geofizika və Geologiya İdarəsində nələrin baş verdiyini araşdırması zərurəti yaranır. Beləliklə, işçilərdən biri yazır:
"Salam hörmətli Mirvari xanım! Sizdən xahiş edirəm, Geofizika və Geologiya İdarəsində gedən özbaşınalıqların araşdırılmasına köməklik göstərəsiniz... Belə ki GGİ-də İdarə rəisi tərəfindən öz qohum-əqrəbası istənilən vəzifəyə keçirilib:
- Bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi,
- Orxan İsmayılov, digər bacisi oğlu Qravimetriyanın rəisi,
- Qardaşı Mübariz sınaq quyusunun rəisi,
- Qayni Elvin energetik
- Mövsümi fəhlələrdən əmisi oğlu Elburus xalası uşqları və digərləri...
hegemonluq edirlər.
Yerdəyişmələr isə imtahansız gedir, necə istəyirlər elə də edirlər..."
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam