Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"`Bizim Ev` MTK bizim evlərə GÖZ DİKİB" -Sakinlər ÇARƏSİZ DURUMDA

Yenixeber.org: Birincisi, ondan başlayaq ki, yüksək mərtəbəli binalar tikən Mənzil Tikinti Kooperativləri ( MTK ) tikintiyə icazə almaq üçün bəzi icra hakimiyyətlərinə və bəzi qurumlara külli miqdarda rüşvət verirlər.
İkincisi, məmurla sövdələşən MTK rəhbəri binanın tikiləcəyi ərazidə yaşıllıqları məhv edir və şəhərin ekologiyasına dəhşətli ziyan vurur. Bu təzə problem deyil.
Hələ illər öncə, daha doğrusu, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində bu məsələyə çox kəskin münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”. Açıq deməliyik ki, bu məsələdə MTK rəhbərləri ilə yanaşı icra başçılarının, memarların da günahı var.
Digər problem odur ki, binalar tikib milyonlar qazanan MTK rəhbərləri təkcə yaşıllıqları məhv etmir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar.
Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Məlumdur ki, qaydaya görə, bina tikən MTK rəhbərinə yeni binanın ətrafında 100-dən artıq ağacın əkilməsi tapşırılır. Ağac əkmək, onları kəsənlərin başlarına dəysin, olan yaşıllığı məhv etməsinlər.
Belə MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Yeri gəlmişkən, MTK-ların yaşıllıqlara ən çox qənim kəsildiyi rayonlar Yasamal və Nəsimi rayonlarıdır.
Bəli, “Bizim Ev” MTK da neçə vaxtdır ki, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində tikinti aparır. Tikinti vaxtilə məşhur olan “Məhsul” stadionunun soyunub-geyinmə zalını da zəbt edib. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, məhəllədaxili əraziləri zəbt edib, vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına, poliqona çevrilib. Onlar voleybol meydançasını zəbt ediblər. Bircə onu deyək ki, həmin ərazinin tikintidən əvvəlki fotolarına baxan olsa, dəhşətə gələr.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar…
Görəsən, FHN, Yasamal icra hakimiyyəti bu boyda qanunsuzluqları görmür..?
Tikintinin getdiyi məhəllənin sakinləri haralara, hansı dövlət qurumlarına şikayət etməyiblər..? Qanunsuz tiknti nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə də ziyan dəyib, bu 100 minlərlə ziyanı kim ödəyəcək..?
Onu da qeyd edək ki, yeni tikilən binanın pəncərələrindən məhəllə sakinlərinin evlərinin içi görünür. Bu dözülməz haldır. “Bizim Ev” MTK-nın sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Hətta qeyd etdiyimiz ərazidə tikilən binaya Əsabil Qasımovun qardaşı oğlu Elvin Qasımovun nəzarət etdiyi də bəllidir. Allah belə nəzarəti kəssin. Hələ bu harasıdır..?
Özünü İmişli Mürşüd adlandıran birisi, dünənə qədər rayonda dana otarırdı. İndi gəlib Bakıda tikinti biznesi ilə məşğul olur və şikayət edən sakinlərə deyir ki, mənim qabağımda kimsə dayana bilməz. Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs...? Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..?
P.S. Yasamal rayonu Zərdabi küçəsi "Bizim Ev" MTK-nın yerləşdiyi ünvana bir Ali qonaq gəlsə hər an təhlükə mənbəyi olan bu binanın tikintisinə icazə verən şəxslər görəsən vəzifələrini qoruya biləcəkmi? //gundelik-baku.com//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam