Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Mədəniyyət nazirinin birinci müavini Ağsuda baxış keçirib -məktəb binasının qəzalı olduğu aşkarlanıb

 Mədəniyyət nazirinin birinci müavini Ağsudakı mədəniyyət müəssisələrinə baxış keçirib.
Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimli nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonundakı Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Mədəniyyət Mərkəzi, Mədəniyyət evi, Ağsu şəhər Uşaq Musiqi Məktəbi və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib. Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu bildirilib. Müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılması, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.

Mədəniyyət nazirinin birinci müavini Ağsuda baxış keçirib, məktəb binasının qəzalı olduğu aşkarlanıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam