Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənistan Metsamordakı radioaktiv tullantıları harada saxlayır? -AES-lə bağlı TƏHLÜKƏLİ MƏQAMLAR

 

"Metsamor AES seysmik zonada yerləşir. Buna görə də dünya birliyi Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz ola bilər".

Yenixeber.org: Bu fikirləri müsahibəsi zamanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, professor İslam Mustafayev səsləndirib.

O, Metsamorun tarixçəsinə nəzər salaraq AES-in xarakteriskasını da verib:

"Təhlükəli obyekt iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilib. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanıb. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı. 

1995-ci ilin noyabr ayında ikinci blok işə salınıb. Stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilib və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılıb. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnib".

İ.Mustafayev bildirib ki, Ermənistan AES-in istismarı zamanı yaranan tullantıların miqdarı və tərkibi haqqında ictimaiyyətə heç bir məlumat vermir. Bu ərazidə nələrin döndüyündən demək olar ki, heç kim xəbər tutmur:

"Erməni mənbələrinin verdiyi məlumata görə, stansiyanın ərazisində Amerika texnologiyasına uyğun xüsusi tullantıxana tikilib və işlənmiş tullantılar daşınaraq həmin tullantıxanadakı konteynerlərdə saxlanılır. Bu tullantıların saxlanma müddəti 50 ildir. Həmin tullantılar seysmik aktiv zonada hansı şəraitdə saxlanılır və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər və radioloji monitorinqlər həyata keçirilir, məlum deyil. Bundan əlavə, 13 il istismar olunub və 1989-cu ildən dayandırılmış stansiyanın birinci blokunun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin təmin olunması haqqında da heç bir məlumat yoxdur". 

Professorun sözlərinə görə, Amerika alimlərinin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunub ki, AES-in istismar zamanı hətta 46 kilometr radiusda daimi yaşayan əhali, əsasən uşaqlar və gənclər onkoloji xəstəliklərə daha çox məruz qalırlar:

"Aydındır ki, Ermənistan AES-in istismarı müddətində 46 km radiusun 30 km-lik hissəsində yaşayan Türkiyə Respublikasının əhalisi də daimi olaraq radioaktiv təsirə məruz qalır. Ona görə də ermənilərin bu məsuliyyətsiz yanaşması beynəlxalq birliklər tərəfindən cəzalandırılmalıdır. 

Xatırlatmaq istərdim ki, Yaponiyada baş verən güclü zəlzələ və sunaminin yaratdığı dağıntı nəticəsində Tokio şəhərinin yaxınlığındakı "Fukusima-1" AES-də baş verən nasazlıqların yaranması və radiasiyanın ətrafa yayılması atom reaktorlarının istismar müddətlərinin bitməsinə görə baş verib. Yaxud Çernobl qəzasından 50 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq hələ də ölü zona olaraq qalmaqdadır və dünya orada baş verənləri sadəcə, seyr etməklə məşğuldur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam