Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

Daha bir veteran dövlət pəhbərinə səsləndi –ŞİKAYƏT/(VİDEO+FOTOLAR)

Daha bir veteran dövlət pəhbərinə səsləndi – ŞİKAYƏT(VİDEO, FOTO)

    Özü və oğlu veteran olan vətəndaşın evi “başlarına uçur”, amma...
Yenixeber.org: Ağsu rayon, Babək küçəsi, ev 7-də yaşayan Elşən Abdulla oğlu Nağıyev ölkə Prezidentinə şikayət məktubu ünvanlamaqla, redaksiyamıza da şikayətilə bağlı müraciət edib.
Elşən Nağıyev Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, məlum döyüşlərdə 2 dəfə yaralanan veterandır. 1973-cü il təvəllüdlü olan E.Nağıyev, üç övlad atasıdır. Anası yataq xəstəsi olan Elşənin oğlusa İkinci Qarabağ Savaşının 3 medalla təltif olunmuş veteranıdır.
E.Nağıyev Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı şikayət məktubunda qeyd edir ki, problemiylə bağlı dövlət başçısına 20-dən çox məktub ünvanlayıb, lakin cavab ala bilməyib. Şikayət müəllifi məktubun sonunda Prezidentə xitabən vurğulayır ki, “bəlkə də məktublar sizə çatmayıb”. Buna baxmayaraq, ümidsizlik girdabında çabalayan E.Nağıyev, yenidən ümidlənərək, həm ölkənin birinci şəxsinə bir daha və həm də mətbuata üz tutaraq yazır:
“...Anam və ailəmlə 50 ildən qalma çiy kərpicdən olan evdə yaşayırıq. Şamaxıda baş verən məlum zəlzələ nəticəsində bizim evimiz də zərər çəkib və müvafiq komissiya evimizi təmir olunacaq evlərin siyahısına salmışdı. Lakin, mən, təmirlə razılaşmadım, çünki ev təmirə uyğun deyil. Nə qədər xahiş etdim ki, uçmaqda olan evim yenisi ilə əvəz olunsun, amma sözümə qulaq asan olmadı.
Özüm də, oğlum da Vətəndən ötrü canımızı qoymuşuq, ancaq indiyə kimi bizə kömək edən olmadı. Hətta, məcbur qalaraq kredit götürüb, həmin həyətdə balaca daxma qaraltmışam, ancaq üstünü vurmağa imkanım yoxdur. Dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət eləmişəm. İcra Hakimiyyətindən deyirlər ki, sənə kömək etmək bizlik deyil. Rayonun baş memarı Mirəli Qurbanov da evimin təmirə yaramadığını etiraf etsə də, hər dəfəsində deyir ki, “rayonumuza pul ayrılsın, sonra baxarıq”. “Sonra”lar da ki, nə vaxt olacaq, bilinmir.
Cənab Prezident! Siz, bizim kimi veteranlara qayğı göstərilməli olduğu haqda sərəncam vermisiz, dəfələrlə məmurlara demisiz, tapşırmısız, ancaq ata-oğul – ikimiz də veteran olsaq da, məmurlar bizə köməklik etmirlər. Mən, ailəmlə, xəstə anamla yaşanılması mümkün olmayan evdə qalmağa məhkum olunmuşuq. Nə imkanımız var, nə də bizi eşidən. Sizdən, həm veteran, həm də veteran atası kimi, xahiş edirəm, bizim çox bərbad vəziyyətdə olan evdə yaşamaq zülmümüzə son qoyulması üçün, aidiyyatı üzrə göstəriş verəsiniz.
Əvvəlcədən cənabınıza təşəkkür edirəm”.

Qeyd edək ki, 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına görə, dövlət başçısı Ağsu rayon İH-yə iki sərəncamla 8 milyon manat vəsait (5 milyon manat bir, 3 milyon manat da bir-red.) ayırmışdı. Lakin tikinti, bərpa və təmir işlərini həyata keçirən şirkətlərin fəaliyyətlərini düzgün qurmamaları səbəbindən, bu gün Ağsu rayonunda narazı vətəndaşların şikayətləri tez-tez eşidilməkdədir.
Mövzuda adı hallanan şəxs və tərəflərin mövqeyini dinləməyə hazırıq.




(Becan.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam